"Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri

26.06.2026 20:57 12
Avrokuboklar
"Sabah"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Nyu Seynts"lə (Uels) keçiriləcək oyunları üçün hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, ilk görüşü polşadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Patrik Qriskieviç olacaq. Ona yan xətdə Marcin Boniek və Bartoz Kasunski kömək edəcək. Dördüncü hakim funksiyasını isə Voyçex Mus yerinə yetirəcək.

İyulun 7-də Masazırda keçiriləcək görüş saat 20.00-da başlayacaq.

Komandalar arasında Uelsdə keçiriləcək cavab matçı isə İspaniyadan olan hakimlərə tapşırılıb. Oyunun baş hakimi Mateu Buskets Ferrer olacaq. Ona yan xətdə İniqo Prieto və Qonzalo Qarsiya kömək edəcək. Migel Anhel Ortiz isə dördüncü hakim funksiyasını yerinə yetircəcək.

İyulun 14-də Osvestridəki "Park Hall"da keçiriləcək "Nyu Seynts" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul