Türkiyə futbolunun önəmli isimlərindən olan Bülənt Korkmazın yeni klubunun adına aydınlıq gəlib.
57 yaşlı mütəxəssis yeni mövsümdə 1-ci liqada çalışacaq. Belə ki, o, ''Antalyaspor''un başına keçib. Antalya təmsilçisi məlum olduğu ötən mövsümü çox uğursuz keçirərək 11 illik fasilədən sonra elita ilə vidalaşdı. '
'Ağ-qırmızı''ları superliqaya qaytarmaq öhdəliyini məhz Korkmaz üzərinə götürüb. Tərəflər arasında birillik müqavilə imzalanıb. Vaxtilə ölkəmizdə də çalışmış 57 yaşlı mütəxəssis son olaraq 2025-ci ildə 1-ci liqanın digər təmsilçisi ''Erokspor''un başında yer almışdı.
Bu, Korkmazın ''Antalyaspor''da ikinci dönəmi olacaq. O daha öncə 2018-19-cu illərdə bu klubu çalışdırıb.