Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi

27.06.2026 00:54 92
Aktual / Ölkə futbolu
Düşüncəlidi, sərt baxışlarını hansısa nöqtəyə zilləyib, ya Qurban Qurbanovun taktiki mülahizələrini dinləyir, ya da indi hansısa komanda yoldaşı ilə mübarizəyə girişəcək.
“Qarabağ” Avstriya toplanışı geniş işıqlandırır; maşallah, hər gün klubun sosial şəbəkə hesablarında fotolar və videolar yer alır. Kim nə deyir-desin, “Sabah”ın ilk çempionluğu ağdamlılar üçün “soyuq duş” təsiri bağışladı, onları silkələnməyə, hegemonluğu bərpa etməyin yollarını axtarmağa məcbur etdi. Maraqlı mövzudu, amma mən Elvin Cəfərquliyevin “Qarabağ”ın fotoqrafının obyektivinə təsafüfən düşən fotosu üzərindən belə dərin mövzuya “körpü salmaq”, yeni mövsüm üçün rəqabət ssenariləri cızmaq fikrində deyiləm.
Hələlik gördüyüm odu ki, Allah, ya da o məşhur babanın xahiş-minnəti Qurban Qurbanovun ürəyinə mehr salıb, Elvin Cəfərquliyev kimi istedadlı müdafiəçini bir qərarla silib-atmağın heç də ideal, futbolumuzun gələcəyi baxımından yaxşı qərar olmadığını düşünüb və ötən ilin ən yaxşı futbolçusunu Tirola aparmağa qərar verib. Aradakı buzların tam əriyib-ərimədiyini isə artıq bu gün – “Tirol”la yoxlama oyununda biləcəyik. Qurban bəy Elvinə ənənəvi mövqeyində - müdafiənin sol cinahında yer versə, deməli...
HUŞƏNG

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul