• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bakıda tanrı kimi yaşayan De Byazi, süniləşən meydanlarımız... - KÖŞƏ

Yazarlar

22-05-2022, 11:0

İllər öncə elə “Futbol+”də oxumuşdum. AFFA sözünün abbreviaturasını həmkarlarımız fərqli şəkildə vermişdilər:

“Azərbaycan Futbolunun Faciələrinin Atası”.


Üzərindən xeyli müddət ötsə də, AFFA-nın adı ilə bağlı deyilən, yazılan sözlərin arasında bu qədər yerinə düşəninə rast gəlməmişəm. Həmin yazını bir neçə gün əvvəl, daha doğrusu, AFFA tərəfindən Tovuz şəhər stadionunun süni örtüyünün dəyişdiriləcəyi ilə bağlı xəbəri oxuyarkən xatırladım. Həmin məqamda da ağlıma belə bir söz gəldi: “süni işlər assosiasiyası”. Azərbaycan futbolunda nə saxtakarlıq, nə sünilik varsa, bu işin arxasından AFFA çıxacaq. Buna heç şübhəmiz yoxdu. İllərdi bunu görə-görə gəlirik. AFFA-nı Azərbaycan futbolunun faciələrinin atası hesab edəndə hələ almaniyalı Berti Foqtsun ayağı ölkəmizə dəyməmişdi. Heç Berlində futbol məktəbi də açmamışdıq, xaricdən əcnəbi idman direktorlarını Bakıya gətirməmişdik. Olanlar ondan sonra oldu. Robert Prosineçki gəldi, elə gəldiyi kimi də getdi. Onun həmyerlisi Nikola Yurçeviç millidə həm təcrübə keçdi, həm də milyonçu oldu. İndi də italyan təqaüdçü Canni de Byaziyə qucaq açıb, onun nazını çəkirik. Milyonlarımız su kimi axıb-gedir, futbolumuz isə düşdüyü bataqlıqdan xilas ola bilmir.

Bütün bunlar faciə deyilsə, bəs nədi? De Byazi ölkəsinin mətbuatına Bakıda tanrı kimi yaşadığını deyib. Bəli, onun gördükləri, onu bura gətirənlər tanrı kimi yaşayırlar. De Byazinin özü də İtaliyadan Bakıya o havada gəlib, AFFA-ya rəhbərlik edənlərin özünə məxsus olan, amma elə AFFA-nın özünə yüksək məbləğdə icarəyə verilən mənzillərdə kefini çəkir. Onun nə vecinə ki, Tovuzdakı süni örtüklü meydanlarda azərbaycanlı balalarının əzələləri keyiyəcək, ayaqları şikəst olacaq? De Byaziyə və onun köməkçilərinə xərclənən pullarla Tovuzda, Gəncədə, İmişlidə, Qusarda, Salyanda təbii örtüklü stadionlar tikib, azərbaycanlı balalarının ixtiyarına vermək olar. Onların sağlam şəkildə futbolla məşğul olmasına şərait yaradarıq. Beləcə Azərbaycan futbolu da faciələrdən qurtular, məğlubiyyətlərimiz azalar, qələbələrimiz çoxalar. İkinin üzərinə iki gələndə cavabın dörd olacağını necə biliriksə, Azərbaycan futbolunun problemlərinin həllinin də bunda olduğunu hamımız bilirik. Di gəl ki, kimlərəsə belə olması sərf etmir. Stadionlarımız süni olduqca, balalarımız kiçik yaşlarında ayaqlarını zədələyib, futboldan uzaqlaşdıqca kimlərinsə cibləri dolur. Ona görə də həmin adamlara stadionların örtüyünün təbii olması, uşaqlarımızın futbol oynayarkən sağlamlıqlarını itirməməsi sərf etmir. Biz isə susqun müşahidəçi durumundayıq. Vidadi Əhmədov Tovuzun 3-4 imkanlı və vətənpərvər şəxsini ətrafına toplayıb, “Turan”ı yaradanda Tovuz stadionunun örtüyü süni idi? Təbii ki, yox. Adamlar sinələrini irəli verib, həm doğma rayonları, həm də Azərbaycan futbolu üçün fədakarlıq edirdilər. Bununla da yerli əhalini doğma rayonu tərk etməməyə həvəsləndirirdilər. Hamıya icmarıc verirdilər ki, Tovuzda həyat davam edir, heç kim doğma ev-eşiyini tərk etməyə hazırlaşmır. Əksinə, rayonda futbol oynayırlar, ölkənin ən güclü komandalarından birini formalaşdırırlar. Bu zəhmətin də bəhrəsi “Turan”ın qazandığı mükafatlar, Azərbaycanı avrokuboklarda təmsil edən ilk klub kimi adını tarixə yazdırması oldu. Taleyin qismətidi ki, bu məsul sınaqda “Turan”ın qarşısına Türkiyə nəhəngi “Fənərbaxça” çıxdı. Onsuz da çətin vəziyyətdə olan “Turan”ı avrokuboklarda böyük perspektiv gözləmirdi. Əvəzində milyonlarla türk qardaşımız Azərbaycanda “Turan” adlı klubun varlığından, burdakı insanların türk kimliyindən, böyük yolların yolçusu olduğumuzdan xəbər tutdu. O vaxt bütün bunlar nə neft milyonları hesabına həyata keçirilirdi, nə də dövlətin büdcəsinin. Bunların heç biri yox idi. Əvəzində fədakar, vətənini sevən səmimi insanlar var idi.

UEFA-dan milyonlar ayrıldı, Tovuzda futbol akademiyasının tikintisi adıyla göyə sovruldu. Əvəzində köhnə bazanın üstünü rənglədilər, stadiona da süni örtük döşədilər. Tovuzlu azarkeşlərin illərdi gözlədiyi əzəmətli “Turan” hanı? AFFA reqlamentə tüpürüb, “Turan”ı premyer-liqaya dartır. Orda da onu 500 min manatlıq ianəyə möhtac qoymaqla autsayderə çevirəcəklər. Kimə lazımdı belə “Turan”?! İndi AFFA bir fond yaradıb, öz adamlarını da ora yerləşdirib. Guya onlar bölgə klublarının inkişafı üçün maliyyə tapacaqlar. Kimdi sizə etibar edib, pulunu verən? Sadə insanlar pullarını sizə versin, siz də gedib həmin pulla süni örtüklü meydanlar salıb, top dalınca qaçanların sağlamlığına ziyan vurun. Nonsensdi, nonsens. İş adamları pullarının qədrini də bilir, onu necə idarə etmək lazım olduğunu da. Bunun əvəzinə azad mühit yaradın, imkan verin müstəqil klublar yaradılsın. Bundan niyə qorxursuz, cənablar? Yoxsa belə olanda saxtakarlıq edib, “süniləşdirmə” həyata keçirə bilməyəcəksiz? Ay sizi, xatakarlar!

AMAL

Paylaş:
Digər xəbərlər
Aktual
Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Son xəbərlər
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə