• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ana südü kimi tərtəmiz... - KÖŞƏ

Yazarlar

15-05-2022, 15:0

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev “Qarabağ”a 0:5 hesabıyla uduzduqları oyundan sonra dava salmışdı.

Hakimin final fitindən sonra, kənd toylarında olduğu kimi, bir müddət onu sakitləşdirməyə çalışdılar. Açığı, Mustafayevin konkret hədəfinin kim olduğunu başa düşmədim. Bilmədim ki, ətrafdakılar mane olmasaydı, onun zərbəsinə kimsə tuş gələcəkdi, ya yox. Mustafayev 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirdi, baş məşqçi Aleksey Baqa onun xidmətinə ehtiyac duymadı. Deməli, Vüqarın oyun ərzində meydanda kimləsə mübahisə etməsi, rəqib futbolçulardan hansınınsa ona qarşı kobudluq etməsi ehtimalları avtomatik aradan qalxır. Ağlıma bir şey gəlir ki, Vüqar ağır məğlubiyyəti həzm edə bilməyib, hakimin final fitini gözləyib ki, acığını “Qarabağ”ın futbolçularından çıxsın, hirsini soyutsun. Yanıla da bilərəm, bəlkə də səbəb başqa olub. İstənilən halda, heç bir səbəb oyundan sonra belə davranışa haqq qazandıra bilməz.

Ümumiyyətlə, son vaxtlar belə nümunələr artıb. Təkcə Vüqar Mustafayev yox, bir çoxları “Qarabağ”a, onun futbolçularına, hətta azarkeşlərinə qarşı belə aqressivləşib. Yaşıl meydanlardakı acı məğlubiyyətləri həzm edə bilməyənlər “köhlən atlar”dan qisas almağa, onlara hansısa formada acıq verməyə, zərbə vurmağa çalışırlar. Diqqət yetirin, AFFA İntizam Komitəsi hər imkandaca “Qarabağ”a böyük məbləğdə cərimələr kəsir, kluba maddi ziyan vurulur. “Azərsun Arena”nın qapısının yaxınlığında bir qrup fanatla “CBC Sport”un texniki işçilərinin sözü çəp gəlib, tərəflər arasında münaqişə yaşanıb. Bu münaqişəyə “Sabah”ın operatoru müdaxilə edib. Belə hallar futbolda zaman-zaman yaşanan hadisələrdi. Özü də təkcə futbolda yox, insanların olduğu istənilən yerdə belə fikir ayrılıqlarına, mübahisələrə rast gəlmək olur. Amma İntizam Komitəsi buna görə “Qarabağ”a 4 min manat cərimə yazıb. Sanki klub qapının önünə də mühafizəçilər qoymalıdı ki, fanatlar hansısa texniki işçilər, rəqib klubun əməkdaşları ilə dava salmasın. Şəxsən mən bu davada “Qarabağ”ın məsuliyyət payının hansı dərəcədə olduğunu, İntizam Komitəsinin kəsdiyi cərimənin hansı məntiqə və ya maddəyə əsaslandığını başa düşmürəm.

Nə baş verir? İcazə verin, AFFA-nın belə davranışından, fürsətcilliyindən başqa nəticələr çıxaraq. “Qarabağ” assosiasiyanın nəzarətində olan klubların qapısına 5, 8 cavabsız top vurub, onlara yerini göstərdikcə səlahiyyət sahibləri də ağdamlılara belə zərbə vurmağa çalışır. Başqa hansısa kluba belə misilsiz və məntiqsiz cərimələr yazılır, cəzalar kəsilirmi? Təbii ki, yox. Nümunələr gətirib, hansısa klubları hədəfə çevirmək istəmirəm. Onsuz da tribunalara gələn azarkeşlərin sayı azdı, müstəqil iş adamları pullarını futbol üçün xərcləmək istəmirlər. Acı reallıq belədi. Bunu nəzərə alıb, tribunalara gələn azarkeşləri ordan qaçırmamaq, futbola pul ayırmaq üçün həvəslənən iş adamlarının gözünü qorxutmamaq lazımdı. Azərbaycan futbolunun düşdüyü ağır durum, içində olduğumuz böhran hər kəsdən məsuliyyətli olmağı tələb edir.

Təəssüf ki, “Qarabağ”a qarşı aparılan kampaniyanın miqyası təkcə belə zərbələrlə məhdudlaşmır. “Sabah”la qarşılaşmadan sonra özünü ekspert sayan bir nəfər oyunun nəticəsini şübhə altına almış, stəkanda fırtına qoparmağa çalışmışdı. Bunun üçün mənşəyi bilməyən bir “feysbuk” profilinin paylaşımından yararlanmışdı. Heç şübhə etmirəm ki, həmin o “skrinşot” maraqlı qüvvələr tərəfindən həmin ekspertə ötürülmüş, onun səhifəsinin sosial şəbəkələrdəki fəallığından bu məqsədlə yararlanmağa çalışmışdılar. Bu işdən anlayışı olanlar, futbolla az-çox maraqlanan mərc həvəskarları bilir ki, hər gün müxtəlif səhifələrdə yüzlərlə belə proqnoz paylaşılır. Düz çıxanı da olur, çıxmayanı da. Hansısa proqnoza görə klubu ittiham etmək, onun adını çirkin işlərdə hallandırmaq isə nə sağlam məntiqə sığır, nə də düşüncəyə. Elə bu səbəbdən də həmin ekspertin iddiası ciddi qəbul olunmadı, bu iddianı ortaya atanlar da məqsədinə çatmadı.

Bəli, “Qarabağ” Azərbaycan futbolunun, premyer-liqanın şəksiz lideridi. İstədiyi rəqibə 8 qol da vurur, 5 də. Bəzən də futbolçular meydanda daha az güc sərf etməyə, vacib məqamlarda nəticəyə üstünlük verməyə çalışır. Buna görə də kimisə ittiham etmək yersizdi. “Qarabağ” öz zəhmətiylə çempion olub, illərdi çəkilən əziyyətin, düzgün strategiyanın bəhrəsini görür. Bu uğurun davamı avrokuboklarda da gələcək, “köhlən atlar” futbolumuza könül verən azarkeşləri sevindirməyə davam edəcək. Qisasçılar, niyyəti sağlam olmayanlar ana südü kimi halal çempionluğa kölgə salmağı, kluba qara yaxmağı bacarmayacaqlar. Yola davam, “Qarabağ”!

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

1-04-2022, 14:0

Aleksey Baqa "Sabah"la görüşdə onun xidmətindən məhrum olacaq

Ölkə futbolu

4-05-2022, 19:0

"Sumqayıt" - "Neftçi" - Start heyətlər

Dünya futbolu

10-03-2022, 17:0

PSJ rəhbərliyi məğlubiyyəti həzm edə bilmədi

Aktual
Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Son xəbərlər
  • Bu gün, 21:22
    Savo het-trik etdi, "Qarabağ" qalib gəldi
  • Bu gün, 20:30
    Azərbaycanlılar qələbə ilə başladı! -UFC Bakı
  • Bu gün, 19:23
    "Şəfa"da köməkçi məşqçilər bəlli oldu
  • Bu gün, 18:52
    “Səbail”dən yeni transfer
  • Bu gün, 18:31
    "Qarabağ"ın heyəti açıqlandı - Elvin start heyətində yoxdu!
  • Bu gün, 18:00
    Dünya çempionatı hansı stadionlarımızda keçiriləcək?
  • Bu gün, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Bu gün, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Bu gün, 16:40
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Bu gün, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Bu gün, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Bu gün, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Bu gün, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
Daha çox
Oxunub: 397
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 268
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə