Avropa Liqasının rəmzi komandası açıqlandı

20.05.2022 17:30 577
Dünya futbolu
Avropa Liqasında 2021/2022 mövsümünün rəmzi komandası açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, komandada turnirin qalibi "Ayntraxt"dan 4 futbolçu yer alıb.

Qapıçı: Kevin Trapp ("Ayntraxt", Almaniya)

Müdafiəçilər: Kreyq Douson ("Vest Hem", İngiltərə), Martin Hintereqqer ("Ayntraxt"), Kelvin Uqelumba ("Reyncers", Şotlandiya)

Yarımmüdafiəçilər: Ceyms Tavernye ("Reyncers"), Konrad Laymer ("Leypsiq", Almaniya), Deklan Rays ("Vest Hem"), Filip Kostiç ("Ayntraxt")

Hücumçular: Kristofer Nkunku ("Leypsiq"), Rafael Borre ("Ayntraxt"), Rayan Kent ("Reyncers")