Dibala yeni klubuna agent kimi keçəcək

4.05.2022 15:29 696
Dünya futbolu
Mövsümün sonunda "Yuventus"dan ayrılacağı açıqlanan Paulo Dibalanın yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, argentinalı hücumçu "İnter"lə razılaşıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

29 yaşlı futbolçu "neradzurra" ilə 4 illik müqavilə bağlayacaq. O, yeni klubuna azad agent kimi keçəcək.

2015-ci ilin yayından "Yuventus"da çıxış edən Dibala bu mövsüm 35 oyunda 14 qol vurub.