Son turlarda inamsız təsir bağışlayan “Barselona”nın futbolçuları çıxış yolunu komanda ruhunu qaldırmaqda görürlər. Amma necə? “Mundo Deportivo” xəbər verir ki, aprelin 28-də olacaq məşqdən sonra komanda üzvləri baza ərazisindəki xüsusi zonaya toplaşacaq, burda qril yeyəcək, barbekü təşkil edəcəklər.
Barbekünün son 4 oyunun üçündə uduzan komandaya necə təsir edəcəyini yaxın günlərdə görəcəyik. Məlumunuz olsun ki, kataloniyalıları qarşıda “Malyorka”, “Betis”, “Selta”, “Xetafe” və “Vilyarreal” ilə oyunlar gözləyir