• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İntizam Komitəsinin Vahabzadəyə “ayı xidməti” - KÖŞƏ

Yazarlar

22-04-2022, 12:0

Yaşar Vahabzadə Azərbaycan futbolunun sayılıb-seçilən simalarındandı.

Adam futbolumuza öz imzasını həm “Neftçi”nin, həm də milli komandanın formasıyla vurmağı bacarıb. Bəli, Yaşar bəy sərhədlərimizi aşmayıb, xaricdə uğurlu legioner həyatı da yaşamayıb. Amma belə böyük işləri bacaran futbolçuların sayı onsuz da Azərbaycanda çox deyil. Həmin futbolçu nəslinin karyerası Sovet İmperiyasının dağılması, müstəqil Azərbaycanın dövlət kimi formalaşmağa başlamasıyla üst-üstə düşdü. Belədə bitmək bilməyən “keçid dövrü” həyatınn başqa sahələri kimi, futbolumuza da ağır zərbələr vurdu. Vahabzadə və onunla çiyin-çiyinə top qovan azərbaycanlı futbolçular nə SSRİ çempionatında parlamağa macal tapdı, nə də Azərbaycan millisinin və klublarının heyətində. Bununla belə, Yaşar bəyin futbolçu karyerasında bir çox məqam var ki, onları tarixdən silmək mümkün deyil. Təkcə onu xatırlatmaq kifayətdi ki, Vahabzadə 36 yaşında Sofiya “Lokomotiv”inin qapısına yol tapmaqla “Neftçi”nin avrokuboklardakı ilk qələbəsinə böyük töhfə vermişdi. Stajlı azarkeşlər yaxşı xatırlayır ki, Azərbaycan futbolu həmin dövrlərdə hansı çətinliklərdən keçirdi. Milli komanda yeni-yeni formalaşırdı, klublar pulsuzluqdan-şəraitsizlikdən əziyyət çəkirdi. Sözsüz, bütün bunlar da futbolçulara mənfi təsir göstərirdi. Normal qidalanmayan, məşq etməyən futbolçudan hansı böyük nəticələri gözləmək olar?! Həmin nəslin nümayəndələri yalnız xarakterlərinin, istedadlarının sayəsində ayaqda qalır, futboldan uzaq düşmürdülər.

Yaşar bəy karyerasını bitirəndən sonra məşqçi kimi də sözünü deməyi bacardı. Aşağı yaş qrupları üzrə milli komandalar aç-çox nəsə uğur qazanıbsa, onların bir çoxunda Vahabzadənin məşqçi kimi imzası var. 23 yaşadək futbolçulardan ibarət yığma Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olanda komandanın “sükanı arxasında” Yaşar bəy dayanmışdı. Onun məşqçi kimi işsiz günləri o qədər də çox olmayıb. Bəlkə də bu mənada bəxti gətirib. AFFA-nın işsiz qoyduğu, yaxın buraxmadığı məşqçilərin siyahısında onun adı yoxdu. Əksinə, bir çox hallarda ona dəstək və iş veriblər, potensialından faydalanmağa çalışıblar. Hər halda, işsiz qalmaq heç bir məşqçi üçün arzuolunan hal deyil. Vahabzadə məşqçi kimi uzun müddət müxtəlif yığmalarda çalışıb, AFFA ona bu mənada böyük etimad göstərib. Son illərdə isə Yaşar bəyin səsi Gəncədən gəlir, birinci divizionda mübarizə aparan “Kəpəz”i çalışdırmaq ona tapşırılıb. Heç şübhəsiz, bu da AFFA-nın Vahabzadəyə bir jestidi. Amma bu jestin digər bir tərəfi də var. Yazımın davamında ondan bəhs edəcəm.

Hamımız yaxşı bilirik ki, Gəncədə işləmək xeyli çətindi. Burda “kənardan gələn” futbolçu da, məşqçi də daim təzyiqlə üzləşir. Nəticələr necə olur-olsun, buna dözməlisən. Əlbəttə, sadə fanatların uduzan komandadan narazı qalmağa haqqı çatır. “Kəpəz”ə könül verənlər istəyir ki, onların sevimli komandası daim adına və keçmişinə layiq nəticələr qazansın, yüksək hədəflər uğrunda mübarizə aparsın. Gəncədə pul yoxdu, AFFA isə “Kəpəz”in hədəflərini böyüdəcək səviyyədə maliyyə ayırmağa həvəsli və borclu deyil. İndiki məqamda “Kəpəz” də “Turan Tovuz” kimi bölgədə futbolun olduğu barədə görüntü yaratmağa xidmət edir. Bu isə gəncəli fanatların ürəyincə deyil. Son turlarda “Kəpəz”in nəticələrinin pisləşməsi də odun üzərinə yağ töküb, Vahabzadəyə və çalışdırdığı komandaya təzyiq daha da artıb. Hamımız yaxşı bilirik ki, premyer-liqada mübarizə aparan əksər komandalar üçün “Kəpəz”ə göstərilən təzyiq, azarkeş tələbkarlığı yoxdu. Çoxları başını aşağı salıb, elitada gün keçirməklə məşğuldu. Bu mənada Gəncədə çalışmaq hər məşqçinin işi deyil. Vahabzadə isə bütün bunlara dözür, ona tapşırılan işin öhdəsindən gəlməyə çalışır. Pis, ya da yaxşı - burası başqa söhbətin mövzusudu. “Kəpəz” mövzusuna toxunmağıma “Turan Tovuz”la oyundakı məlum pankart səbəb oldu. Açığı, həmin pankarta görə İntizam Komitəsi “Kəpəz”ə cəza verməsəydi, çoxumuzun onun açılmasından heç xəbəri də olmayacaqdı. Adını “azarkeşlərin icazəsiz pankart açması” qoyub, “Kəpəz”ə 160 manat cərimə yazıblar. Bu qərar Azərbaycan futbolunun tarixinə dünya futbolunda analoqu olmayan qərarlardan biri kimi düşəcək. İnanmıram ki, dünyanın harasındasa belə məntiqsiz, gülünc cəza verilər. Cərimənin miqyası bir vaxtlar Mirça Rednikə kəsilən 5000 manatla müqayisə olunmasa da, məntiqsizlik elə eynidi. Rumıniyalı papağını yerə çırpmağa görə cərimələnmişdi. “Kəpəz” isə azarkeşlərin açdığı pankarta görə cəzalanıb. Bu qərar həm də İntizam Komitəsinin Vahabzadəyə göstərdiyi “ayı xidməti”dı. Bu cərimə sayəsində hamı söhbətin hansı pankartdan getdiyi ilə maraqlandı, beləcə məlum şüar da reklam olundu. Gəncəli azarkeşlərin də istədiyi elə bu idi...


AMAL

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

6-06-2022, 20:0

"Çempionatda böyük iddiamız yoxdu" - Yaşar Vahabzadə

Ölkə futbolu

31-05-2022, 13:0

Yaşar Vahabzadə onu “Kəpəz”ə gətirməkdə tərəddüd edir

Ölkə futbolu

19-05-2022, 22:0

Yaşar Vahabzadə "Kəpəz"dən ayrılır? - AÇIQLAMA

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 217
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 203
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə