• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mirzə Ələkbər Sabir “Şamaxı”nın oyununa bilet satardımı? - KÖŞƏ

Yazarlar

19-04-2022, 19:0

O məşhur “umom Rossiyu ne ponyat, arşinom ne izmerit” ifadəsi var e, məndən olsaydı, lənətəgəlmiş ölkənin adını ordan çıxarar, Azərbaycan futbolunu qoyardım.

Bəzən elə qəribə hadisələr baş verir ki, həmin şeiri yazan Fyodor Tyutçevi qəbirdən çıxarıb, “sən canın, misraları dəyiş” demək istəyirsən.
Son günlərin yalnız bir neçə hadisəsindən danışacam. Deməli, aprelin 13-də keçirilən “Turan Tovuz” – “Kəpəz” oyununda qonaq, yəni gəncəli azakeşlər üzərində “nəticələriniz gözümüzü YAŞARdır” yazılan plakat açıblar. Nizami Gəncəvinin yerliləri “Kəpəz”in sıralanan uğursuzluqlarına bədii-poetik yanaşma ortaya qoyub. AFFA İntizam Komitəsi isə komandanın baş məşqçisi Yaşar Vahabzadənin adının bu şəkildə hallanmasına, “ş” hərfinin yerində dollar işarəsinin qoyulmasına qazanc mənbəyi kimi baxıb və “Kəpəz”ə 160 manat cərimə kəsib. Komitənin rəhbəri Erkin Hüseynov iddia edir ki, “azarkeşlər görüş əsnasında plakat qaldırmaq istəyirlərsə, oyunöncəsi, fasilədə, matçdan sonra görüləcək tədbirlərlə bağlı PFL-ə müraciət etmək, bütün pankartlar və plakatlar üçün PFL-dən icazə almaq lazımdı". Bax, bu məqamda nəinki Qəribi, hətta Əslini də, Leylini də, Şirini də - nakam məhəbbət yaşayan, eləcə də bundan sonra tribunalarda sevgisini izhar etmək fikrinə düşəcək hər kəsi ağlamaq tutur. Məsələn, bir qədər sonra PFL Əsasnaməsinə “mən səni sevirəm” ifadəsinin milli-mənəvi dəyərlərə zidd olduğuna, mentallığımızı korladığına dair bənd salsa, heç kim təəccüblənməyəcək. Ardından futbolçu xanımlarına yaşıl meydanda olan həyat yoldaşlarına öpüş göndərmək qadağası qoyulacaq, bir qədər sonra qonşu İranda olduğu kimi xanımlar hicaba sarılacaq, kişilər isə meydana yapıncı və uzunboğaz çəkmə ilə çıxacaq ki, ayıb yerləri görünməsin. Nə bilmişdiz, idarə olunan demokratiya rejimi belə olur da!

Niyə axı PFL-i və AFFA-nı hədəfə almışam? “Sumqayıt”ın bu qurumlardan nəyi əskikdi?! Baxın, Anatoli Nuriyevi neçə gündü iştirak ərizəsinə salıblar, amma Ukraynadan Azərbaycana gətirə bilmirlər. Məsləhət görərdim ki, “Azov” batalyonuna, ya da Mariupol məscidindən girovların çıxarılması üçün ruslardan xüsusi əməliyyat keçirilməsini xahiş edən Ərdoğana üz tutsunlar. Nuriyevi futbolçu yox, din adamı kimi qurtarmaq olar. Cari mövsüm üçün hansısa hədəfi qalmayan, taleyi ilə barışan bir komandanın Nuriyevin arxasınca düşməsinin altında yatan niyyət nədi? Deyilənə görə, məşq etməsinə şərait yaratmaqla Millətlər Liqasının iyundakı oyunları ərəfəsində forma yığmasına çalışırlar. Adam aylardı futbol oynamır, qulağı artıq futbol marşına yox, artielleriya səsinə öyrəşib, Azərbaycan yığmasına hansı faydanı verəcək ki? – bu sualın da cavabı yoxdu.

“Sumqayıt”dan söz düşmüşkən, bu klubun prezidenti və AFFA Klublar Komitəsinin sədri Riad Rəfiyev deyir ki, ölkə çempionatında əvəzetmə sayının artırılması ilə bağlı İcraiyyə Komitəsinin müzakirəsinə çıxarmaq üçün təklif hazırlanır. 3 azdı, artıraq, 5 edək. Mirzə Ələkbər Sabir yaşasaydı, yəqin sabun bişirməz, çörəyi naminə “Şamaxı”nın oyunlarına bilet satardı. Hə, o məşhur Sabir ötən əsrin əvvəllərində yazırdı ki, “əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz”. Klublar Komitəsinin hörmətli üzvləri, nəzərinizə çatdırım ki, əvəzetmə sayını artırmaq ideyası koronavirusun geniş yayıldığı dövrdə populyarlaşdı, düz iki il əvvəl – 2020-nin mayında ona görə belə qərar verildi ki, pandemiyanın futbola təsiri minimuma ensin, uzun fasilə verilən milli çempionatlar canlananda futbolçuların üzərinə hədsiz yük düşməsin. Bildiyim qədəri ilə bu dəyişiklik 2022-nin sonuna qədər qüvvədədi, yəni ilin sonunda məsələyə yenidən baxılması və dünya futbolunun əvvəlki limitə qayıtması tam realdı. İki il yatmışıq, dünya bu qaydanı ləğv etməyə hazırlaşanda deyirik ki, yox, biz indi 3-dən 5-ə keçmək istəyirik.

Bir mövzudan o birinə qaçaraq keçidlərə görə oxucu məni bağışlayar. Amma “Şamaxı”dan da yazmalıyam. Bəribaşdan deyim ki, böyük əksəriyyətdən fərqli mən “Keşlə”nin növbəti dəfə adını dəyişməsinə, qədim Şirvanşahlar dövlətinin paytaxtını təmsil etməsinə ironiya ilə yanaşmıram. Bu addım Azərbaycanın daha bir bölgəsində futbolun inkişafına səbəb olacaqsa, nə yaxşı! Sadəcə, sabah şamaxılılar da gəncəlilərin qaldırdıqları plakatlardan yazanda ara qarışacaq, məzhəb itəcək. Bizim futbolu idarə edənlər sadə bir məntiqi unudurlar ki, bu oyunda hər şey nəticə ilə ölçülür. Komandası uğur qazana bilməyən azarkeş sabah söyəcək də, döyəcək də, dağıdacaq da, yandıracaq da! Futbolunu əyri göstərən güzgünü qırmaq futbolun düzələcəyi anlamına gəlmir axı! Əsasnamənin hər bəndi reallıqdan, həyatdan götürülməlidi. Yox, hər yerdə gülün gülü, bülbülün bülbülü çağırmasını istəyirsizsə, futbolu ləğv edin, biz də bu yaşda özümüzə başqa iş-peşə tapaq.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

17-04-2022, 11:0

AFFA "Kəpəz"i pankarta görə niyə cəzalandırıb? - ŞOK SƏBƏB

1-ci liqa / Manşet

13-04-2022, 17:0

"Kəpəz" azarkeşlərindən qeyri-adi etiraz - VİDEO

Ölkə futbolu / Maraqlı

17-04-2022, 17:0

Ramin Musayevə plakat açmaqla bağlı müraciət - ƏRİZƏ

Premyer-liqa / Manşet

10-06-2022, 12:0

Bu məsələ “Kəpəz” üçün problem yaradır

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Bu gün, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Bu gün, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Bu gün, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Bu gün, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Bu gün, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Bu gün, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Bu gün, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 19:10
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Bu gün, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Bu gün, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Bu gün, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Bu gün, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə