“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə premyer-liqanın 2022/23 mövsümü üçün legioner limitinin dəyişdirilməsinə münasibət bildirib.
“Football-plus.az” xəbər verir ki, “4+6” strukturundan istifadə olunması haqda bunları deyib:
"Legioner limitinin artırılmasının həm müsbət, həm də mənfi tərəfləri var. Mənfi odu ki, maliyyə cəhətdən üstün klublar heyətini güclü əcnəbi futbolçularla gücləndirib, digər komandalarla fərqi daha da artıracaq. Müsbət məqam isə yerli futbolçular arasında heyətə düşmək uğrunda rəqabətin artacağıdı. Biz elitaya yeni vəsiqə qazanmışıq. Ürəkaçan büdcəmiz olmadığından çempionatda böyük iddiamız yoxdu. Heyəti əsasən təcrübəli, gənc yerli futbolçu və azsaylı legionerlə formalaşdırıb mübarizə aparacağıq".