Yaşar Vahabzadə "Kəpəz"dən ayrılır? - AÇIQLAMA

19.05.2022 22:27 848
Ölkə futbolu
"Kəpəz" növbəti mövsümdən premyer-liqada çıxış edəcək.

Görəsən, klubun elita ilə bağlı planları necədi? Baş məşqçi və futbolçular haqda hansı qərarlar veriləcək?

“Football-plus.az” saytı olaraq bu suallara aydınlıq gətirmək üçün "Kəpəz"in icraçı direktoru İlqar Nadiri ilə əlaqə saxladıq:

"Birinci diviziona yeni yekun vurulub. Növbəti mövsümdən premyer-liqada oynayacağımız üçün dəyişikliklərin olması mütləqdi. Elitada layiqli mübarizə aparmaq üçün əlavə sponsorlar tapmalı, heyətə təcrübəli futbolçular cəlb etməliyik. Baş məşqçi Yaşar Vahabzadənin postunda qalıb-qalmayacağına və digər məsələlərə bir həftə sonra baş tutacaq iclasda aydınlıq gələcək"
.


ABDULLA İSMAYILOĞLU