De Byazi hardadı? - AÇIQLAMA

14.04.2022 12:46 700
Yığma
Millinin uğursuz Malta səfərindən sonra həm də İtaliya mətbuatına verdiyi açıqlama ilə gündəmə düşən Canni de Byazi ortalıqda görünmür.

Daha doğrusu, onu və italiyalı köməkçilərini premyer-liqa oyunlarında görmürük. Mütəxəssisin nə vaxt Bakıya gələcəyini AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan soruşduq:

"De Byazi və köməkçiləri İtaliyadadı. Aprelin 15-dən sonra Bakıya gələcəklər".

GÜNAY VƏLİYEVA