Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.
3-cü dövrədə keçiriləcək 14-cü turun matçları martın 29-da təşkil olunacaq. Günün ilk qarşılaşmasında saat 15.00-da MOİK – “Murov”la qarşılaşacaq, ardınca saat 17.00-da isə “Sərhədçi” – “Ekspress” matçına start veriləcək.
Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.