Mövsümün “Böyük dəbilqə” seriyasından olan 3-cü turniri də başa çatdı.
Qadınlar arasında turnirdə finalçıların müəyyənləşdiyini xəbər vermişdik. Həlledici oyun həm də Çexiya derbisi idi. Linda Noskova 2 saat 15 dəqiqə davam edən oyunda həmvətəni Karolina Muxovaya qalib gələ bildi. 21 yaşlı Noskova “Böyük dəbilqə” turnirlərində ilk dəfə finala çıxmışdı.
Kişilər arasında turnirin yarımfinalında Aleksandr Zverev Artur Feriyə, Yannik Sinner isə Novak Cokoviçə qalib gəldi. Bununla da serbiyalı ulduzun 25-ci dəfə “Böyük dəbilqə” qalibi olmaq arzusu gözündə qaldı.
Bazar günü axşam saatlarında Zverevlə Sinner korta çıxdı. 3 saat 48 dəqiqə davam edən finalda italiyalı tennisçi sevindi. 24 yaşlı Sinner karyerasında 5-ci dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi oldu. O, buna qədər 2024 və 2025-ci illərdə “Australian Open”də, 2024-də “US Open”də, ötən il isə “Uimbldon”da qələbəni bayram etmişdi.
29 yaşlı Zverev isə karyerasında 4-cü dəfə “Böyük dəbilqə”nin finalında oynadı. O, bu il “Rolan Qarros”u qazanıb, 2020-də “US Open”in, ötən il “Australian Open”in finalında uduzub.
Sinner qələbədən sonra bunları dedi:
“Düzünü desəm, tennis oynamaq üçün burdan yaxşı yer yoxdu. Final günü korta çıxmamış adan həyəcanlanır. Heç vaxt burda daha neçə finalda oynayacağını bilmirsən. İki həftə ərzində belə publika önündə oynamaq qeyri-adi idi. Dəstəyə görə sağ olun. Həmişə mənə yaxşı yanaşırsız. Hər bir tennisçinin istədiyi xüsusi hissi mənə bəxş etdiz”.
Zverev də finalın ardından danışdı:
“Yannik, düzünə qalsa, artıq səni o qədər də xoşlamıram. Ardıcıl 9-cu oyunda sənə uduzdum. Yanniki təbrik edirəm, niyə dünyanın ən yaxşı oyunçusu olduğunu yenidən göstərdi. Sənlə oynamaq möhtəşəm idi. Bu gün burda olmaq mənim üçün böyük şərəfdi. Təəssüf ki, hər şey bu gün əleyhimə işlədi”.
Kişilər
yarımfinalZverev (Almaniya, 2) - Feri (B.Britaniya) 7:6 (7:0), 6:2, 6:4
Sinner (İtaliya, 1) – Cokoviç (Serbiya, 7) 6:4, 6:4, 6:4
final
Sinner (İtaliya, 1) - Zverev (Almaniya, 2) 6:7 (7:9), 7:6 (7:2), 6:3, 6:4
cütlərin yarışı, final
Helievaara/Patten (Finlandiya/B.Britaniya, 1) – Arevalo/Paviç (Salvador/Xorvatiya, 6) 7:6 (7:4), 7:6 (7:3)
Qadınlar
finalNoskova (Çexiya, 9) - Muxova (Çexiya, 10) 6:2, 5:7, 6:3
cütlərin yarışı, final
Qo Hanyuy/Mladenoviç (Çin/Fransa, 10) – Dabrovski/Stefani (Kanada/Braziliya, 2) 6:3, 7:5
qarışıq, final
Ostapenko/Arevalo (Latviya/Salvador, 2) – Hanter/Polmans (Avstraliya) 4:6, 7:5, 6:2