Əmir Qalenoyi İran yığmasını bundan sonra da çalışdıracaq. Milli komandanın baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb.
"Football-plus.az" xəbər verir ki, İran Futbol Federasiyasının (İFF) məlumatında 61 yaşlı mütəxəssisin yığmaya 2027-ci ilin yanvarında Səudiyyə Ərəbistanında keçiriləcək Asiya Kubokunun sonuna qədər rəhbərlik edəcəyi bildirilib.
Qalenoyi milli komandanı 2023-cü ildən çalışdırır. Yığma onun rəhbərliyi altında DÇ-2026-nın qrup mərhələsində keçirdiyi hər üç oyunda heç-heçə edərək cüzi fərqlə pley-offa yüksəlmək şansını əldən vermişdi. Uğursuzluğa baxmayaraq, İFF baş məşqçi ilə əməkdaşlığı davam etdirməyi lazım bilib.