Bu gün 20 yaşadək oğlanlardan ibarət basketbol millimiz FIBA U-20 Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız dördüncü tur çərçivəsində Şimali Makedoniya seçməsi ilə qarşılaşacaq.
Bratislavadakı “GOPASS Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.
Yığmamız turnirdə keçirdiyi ilk oyunda İsveçə 58:85 hesabı ilə məğlub olub. Komandamız ikinci turda Slovakiyanı 72:66 hesabı ilə məğlub etsə də, üçüncü qarşılaşmada İrlandiyaya 47:54 hesabı ilə uduzub.