Kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Aprelin 12-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 17-ci turun oyunları keçiriləcək.
“Murov” voleybol klubunun idman zalında təşkil olunacaq tura saat 16.00-da “Neftçi” - “Sərhədçi” matçı ilə start veriləcək. Ardınca saat 18.00-da MOİK “Ekspress”lə görüşəcək.
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XI tur isə aprelin 13-də baş tutacaq. Turun ilk matçı saat 16.00-da “Abşeron” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC duelinə start veriləcək.