"Football-plus.az" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov deyib.
O, "Qəbələ"yə qarşı keçirilmiş yoxlama matçından sonra klubun mətbuat xidmətinə danışıb:
"Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyac var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq. İkinci hissədə isə gənc futbolçulara, akademiyamızın yetirmələrinə şans verdik. Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdı. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldı. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar".






