Portuqaliya futbolunda faciəvi hadisə baş verib. “Benfika”nın sabiq futbolçusu Emanuel yol-nəqliyyat hadisəsində həlak olub.
"Football-plus.az" xəbər verir ki, qəza Portuqaliyanın paytaxtı Lissabonun yaxınlığındakı Vermoinş qəsəbəsində baş verib. 43 yaşlı sabiq futbolçunun ölümü ilə bağlı məlumatı “Benfika”nın mətbuat xidməti təsdiqləyib. Klub mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.
Manu ləqəbi ilə də tanınan keçmiş futbolçu karyerasını 2019-cu ildə başa vurmuşdu. Portuqaliyalı vinger “Benfika”nın heyətində 16 matç keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Maritimu”, “Alverka”, “Eştrela”, AEK (Afina), “Legiya” və Çinin müxtəlif klublarında da çıxış edib.