“San-Xose”nin hücumçusu Maklin Selebrini Beynəlxalq Hokkey Federasiyasının versiyasına görə ötən mövsümün ən yaxşı oyunçusu sayılıb.
"Football-plus.az" xəbər verir ki, 20 yaşlı hokkeyçi builki Olimpiadada keçirdiyi 6 oyunda 5 qol vurub və 5 məhsuldar ötürmə verib. Kanada turnirin gümüş medallarını qazanıb. “Ağcaqayın yarpaqları” dünya çempionatında 4-cü yeri tutub, forvard isə həmin turnirdə keçirdiyi 10 oyunda 6 qol vurmaqla yanaşı, 8 məhsuldar ötürmə də verib.
Səsvermədə 2-ci yeri olimpiya çempionu, “Vinnipeq”in və ABŞ yığmasının qapıçısı Konnor Hellibak tutub. “Karolina”nın finlandiyalı hücumçusu, Olimpiadanın bürünc mükafatçısı Sebastyan Aho üçüncü olub.
“San-Xose” Selebrinini MHL-in 2024 draftında 1 nömrə altında seçib. O, müntəzəm çempionatın son mövsümündə keçirdiyi 82 oyunda 115 (45+70) xal toplayıb.