21 yaşadək qızlar və böyüklərdən ibarət milli komandanın üzvləri Slovakiyanın paytaxtı Bratislavada 42-ci Qran Pri turinindən üç mükafatla dönür.
Xumar Əlibəyova (-50 kq) 21 yaşadək qızlar və böyüklər arasında, İlahə Qasımova (-55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olub. İrina Zaretska (-68 kq) bürünc medal görüşündə qələbəni əldən verib.