Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı bəlli olub.
Kişi voleybolçular arasında Yüksək Liqada 3-cü dövrənin son qarşılaşmaları aprelin 4-də olacaq. 15-citurun ilk qarşılaşmasında “Neftçi” “Murov”la qarşılaşacaq. Görüş saat 15.00-da başlanacaq. Saat 17.00-da “Sərhədçi” – MOİK oyunu başlanacaq. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
Aprelin 5-də isə qadın voleybolçular arasında Super Liqada 4-cü dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək 10-cu turun ilk matçı saat 16.00-da “Murov” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC - “Abşeron” duelinə start veriləcək.