Slovakiyada karate üzrə Qran Pri keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, İrina Zaretska (68 kq) ikinci mərhələdə gözlənilmədən məğlub olub.
O, bürünc medal uğrunda mübarizə aparmaq şansı qazansa da, bu görüşdə də uduzaraq medal şansını itirib.
Zaretskadan başqa, 8 karateçimiz xalça üzərinə çıxıb. Onlardan Xumar Əlibəyova (50 kq) və İlahə Qasımova (55 kq) bürünc medal qazanıb.