Millimiz 16-cı oldu

27.03.2022 10:36 536
İdman
Fiqurlu konkisürmə üzrə milli komandamız Fransada keçirilən dünya çempionatında çıxışlarını başa vurub.

"Football-plus.az" saytının məlumatına görə, yığma üzvlərindən Vladimir Litvintsev martın 26-da sərbəst proqram üzrə son çıxışını edib.

O, öz qrupunda 233.62 xalla 16-cı yerdə qərarlaşıb. Bundan öncəki qısa proqramda isə Litvintsev 13-cü yeri tutmuşdu.

Qeyd edək ki, ölkəmizi dünya çempionatında 4 fiqurlu konkisürən - Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovski təmsil edib. Ryabova ilk qısa proqramda 9-cu yeri tutub. Sərbəst proqramda o, 10-cu olsa da, ümumi xal hesabında 9-cu yerlə kifayətlənib.

Kolosovski və Kuznetsova isə müvafiq xalları toplaya bilmədikləri üçün mərhələni keçə bilməyiblər.

Dünya çempionatına bu gün yekun vurulacaq.