Şəhriyar Məmmədyarov Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.
Qrossmeyster D qrupundakı üçüncü qarşılaşmasında rusiyalı Aleksandr Predke ilə qarşılaşıb. Bu dəfə ağ fiqurlarla oynayan Məmmədyarov 55-ci gedişdə heç-heçəyə razılaşıb. Qrupun digər görüşündə fransalı Maksim Vaşye-Laqrav çinli Yu Yanqyu ilə üz-üzə gəlib. Həmin oyunda da qalib bəlli olmayıb. Qrupdakı hər şahmatçının aktivində 1,5 xal var.