Adil Şükürov: “Bəzi hakimlər kimi hər epizodda fit çalmır”

18.05.2024 19:45 221
Premyer-liqa / Manşet
"Kəpəz" Misli premyer-liqasının 35-ci turunda öz meydanında "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

“Football-plus.az” xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Azarkeşlərimizə təşəkkür edirəm. Hesaba baxmayaraq, bizi dəstəkləyirdilər. Futbolçularım sona qədər döyüşdülər. Bu gün biz qazandıq. Qazancımız komandada psixoloji durumun yaxşılaşmasıdı”


- Rəqibin qolundan öncəki epizod barədə fikirləriniz necədi?
- Rəvan Həmzəzadə ən yaxşı hakimlərimizdəndi. Onun həmişə ən yüksəklərdə olmasını istəyirəm. Futbol oynamağa imkan verir. Bəzi hakimlər kimi hər epizodda fit çalmır. Narazılığım oyunun stressindən ola bilər.

- Oyundan sonra Rəşad Sadıqovla aqressiv görüşdünüz. Bunun səbəbi nə idi?
- Hamını təbrik edib meydançadan çıxdım. Elə görüşməyimiz ərkiyanə ola bilər. Kişi kimi əllərini sıxıb təbrik etdim.