• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barsa” “Real”la xal fərqini 7-yə çatdırdı - İCMAL

Dünya futbolu

8-04-2026, 14:0

La Liqada hesabat turu lider “Barselona” ilə ən yaxın izləyicisi “Real” arasındakı xal fərqinin artmasıyla əlamətdar oldu.

"Football-plus.az" xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalardan “Selta”, “Real Sosyedad” və “Xetafe” qələbə qazandı, “Betis” büdrədi.

“Barsa”nın təqibini davam etdirən “Real” Balear adalarına yollanmışdı. Madridlilərin heyətində Mbappe dəfələrlə diqqət mərkəzinə düşdü. Əvvəlcə Karreras cinah ötürməsi ilə Mbappeni zərbə mövqeyinə çıxardı, ancaq qapıçı Roman topu ayaqları ilə dəf etdi. Ardından Kamavinqadan ötürmə alan fransalı ulduz uzaq dirəyin altına zərbə vurdu və yenə qapıçı ustalığını göstərdi. Roman Ardanın da zərbəsini qaytarandan sonra futbolun “həmişəcavan” “sən vurmasan, sənə vurarlar” prinsipi işə düşdü. Morlandes 41-ci dəqiqədə vurduğu qolla “Malyorka”nın fasiləyə öndə yollanmasını təmin etdi. “Real” fasilədən sonra hücumlara əsasən sol cinahdan qurdu, komanda yoldaşlarının gözü daim Mbappeni axtarırdı. Arbeloa isə dəyişikliklər hesabına hücumu gücləndirməyə çalışdı. Amma müdafiədə etibarlı oynayan adalılar zaman-zaman əks-hücuma çıxırdı. Yalnız bir dəfə Mbappe Romanın qapısı önündə təhlükə yaratdı. Oyunçuların fərdi keyfiyyətləri hesabına müdafiəni yara bilməyən “Real”ın köməyinə standart vəziyyət çatdı. Künc zərbəsindən ötürməni Militao qolla tamamladı. Amma qələbə həvəsi ilə irəli atılan madridliləri əks-hücum zamanı topu tirin altına göndərən Muriqi cəzalandırdı.

“Real”dan bir qədər sonra meydana çıxan “Barselona” “Atletiko” ilə oyunda əzmkar qələbə qazandı. “Barsa”nın bu stadiona əvvəlki səfərinin nə ilə nəticələndiyini heç kim unutmayıb. Ancaq Flikin komandası bu dəfə müdafiədə etibarlı oynadı. Bəzi aparıcı oyunçulara dincəlmək imkanı yaradan “hindular” ilk yarıda kataloniyalılara heç nədə uduzmurdu. İlk təhlükəli vəziyyəti Qrizmann boşa verdi, ardından uğur iki dəfə Lopesdən üz döndərdi. Yarım saatın tamamında Qrizmann növbəti dəfə sabiq komandasını bağışladı, əvəzində Xoan Qarsiya ilə yaxın dueldən qalib ayrılan Simeone hesabı açdı. “Atletiko”nun sevinci 3 dəqiqə çəkdi. Olmodan ötürmə alan Reşford 42-ci dəqiqədə hesabı bərabərləşdirdi. Qonsalesin 45+7-ci dəqiqədə meydan sahiblərini azlıqda qoyması 2-ci yarının axarını müəyyənləşdirdi. Say üstünlüyü qazanan lider rəqibi meydanın özünə aid hissəsindən çıxmağa qoymurdu. Torres üç dəfə zərbə mövqeyinə çıxdı və hər dəfə də Musso onun qarşısını aldı. Flik 79-cu dəqiqədə Levandovskini meydana buraxmaqla xal itirmək niyyətində olmadığını göstərdi. Məhz polşalı ulduz sonda qol duyumunu itirmədiyini sübut etdi. Kanselonun zərbəsindən sonra qapıçının qaytardığı top onun sinəsinə dəyib, tora düşdü. Beləcə “Barsa” “Real”la xal fərqini 7-yə çatdırdı, “Atletiko” isə 3-cü pillədəki “Vilyarreal”a çatmaq imkanını əldən verdi.

“Real Sosyedad” da avrokuboklara vəsiqədən əlini üzməyib. San-Sebastyan klubu autsayder “Levante”ni iki cavabsız qolla məğlub etdi. Yeri gəlmişkən, “Levante” buna qədər keçirdiyi son 4 çempionat oyununda uduzmamışdı. “Xetafe” də “Atletik”i eyni hesabla məğlub etdi. Daha bir iddialı “Betis” “Espanyol”la ev oyununda üstün təsir bağışlasa da, qələbə topunu vura bilmədi. Səfərdə “Valensiya”nın öhdəsindən gələn “Selta” da avrokuboklara iddiasını davam etdirir. “Rayo Valyekano” – “Elçe”, “Ovyedo” – “Sevilya” oyunlarında meydan sahibləri yeganə qolla qalib gəldi. “Alaves” – “Osasuna” oyununda məhsuldar heç-heçə qeydə alındı, turun dünən axşam keçirilən son oyununda isə “Vilyarreal” “Jirona”ya uduzdu.

30-cu tur
Malyorka – Real 2:1
Morlanes, 41. Muriqi, 90+1 – Militao, 88. (23015)
Real: Lunin, Karreras, Höysen (Militao, 59), Rüdiger, Aleksander-Arnold, Kamavinqa (Bellingem, 59), Çuameni, Gülər (Pitarç, 72), Anxel (Vinisius, 59), Dias (Mastantuono, 76), Mbappe.

Atletiko – Barselona 1:2
Simeone, 39 – Reşford, 42. Levandovski, 87. (67710)
Atletiko: Musso, Molina, Le Norman, Lanqle (Seydu, 68), Qonsales, Simeone (Sörlot, 61), Koke (Ruceri, 46), Varqas, Almada, Qrizmann (Morsilyo, 61), Baena (Ximenes, 61).
Barselona: X.Qarsiya, Kanselo, Martin, Kubarsi, Arauxo (Bernal/Kunde, 62), Pedri, E.Qarsiya (Qavi, 78), Reşford (Levandovski, 79), Yamal, Lopes (Torres, 46), Olmo.

Real Sosyedad – Levante 2:0
Martin, 30. Mendes, 83. (27000)

Xetafe – Atletik 2:0
Vaskes, 14. Satriano, 90. (7749)

Betis – Espanyol 0:0
(54444)

Valensiya – Selta 2:3
Rodriges, 12; 90+3 – Moriba, 56. Fer Lopes, 60. Svedberq, 81. (43764)

Rayo Valyekano – Elçe 1:0
Nteka, 74. (11182)

Ovyedo – Sevilya 1:0
Vinyas, 32. (24921)

Alaves – Osasuna 2:2
Martines, 44. Boye, 90+1-p. – Rozye, 4. Budimir, 80-p. (17736)

Jirona – Vilyarreal 1:0
Navarro, 45+1-öz qapısına. (12008)

1. Barselona 30 25 1 4 80-29 76
2. Real 30 22 3 5 64-28 69
3. Vilyarreal 30 18 4 8 54-35 58
4. Atletiko 30 17 6 7 50-30 57
5. Betis 30 11 12 7 44-37 45
6. Selta 30 11 11 8 44-37 44
7. Real Sosyedad 30 11 8 11 46-45 41
8. Xetafe 30 12 5 13 27-31 41
9. Osasuna 30 10 8 12 36-37 38
10. Espanyol 30 10 8 12 36-44 38
11. Atletik 30 11 5 14 32-43 38
12. Jirona 30 9 10 11 32-44 37
13. Rayo Valyekano 30 8 11 11 29-35 35
14. Valensiya 30 9 8 13 34-45 35
15. Alaves 30 8 8 14 32-43 32
16. Malyorka 30 8 7 15 36-48 31
17. Sevilya 30 8 7 15 37-50 31
18. Elçe 30 6 11 13 38-47 29
19. Levante 30 6 8 16 34-50 26
20. Ovyedo 30 5 9 16 21-48 21

Bombardirlər: Mbappe (Real) - 23, Muriqi (Malyorka) – 19, Budimir (Osasuna) – 15, Yamal (Barselona) – 14.
Növbəti turun oyunları aprelin 10-13-ü aralığında keçiriləcək: Real – Jirona, Real Sosyedad – Alaves, Elçe – Valensiya, Barselona – Espanyol, Sevilya – Atletiko, Osasuna – Betis, Malyorka – Rayo Valyekano, Selta – Ovyedo, Atletik – Vilyarreal, Levante - Xetafe.

Turun rəqəmi
300 – “Barselona”nın Flikin rəhbərliyi altında vurduğu qolların sayı bu həddə çatdı. Bunun üçün 107 oyun keçirmək lazım gəldi. Yubiley qolunun müəllifi Reşford oldu. Flikin 2024-ün yayında bu komandanın “sükanı arxasına” keçdiyini də xatırladaq.

Turun ulduzu
Vedat Muriqi (Malyorka) – kosovolu hücumçu komandasına çox önəmli, təhlükəli zonadan bir qədər uzaqlaşmağa imkan verən qələbə qazandırdı. “Real”ın müdafiəçilərinin ani diqqətsizliyini bağışlamadı.

Turun sitatı
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Laminin narazı qalması? Çünki qəzəbli idi, qol vurmaq, məhsuldar ötürmə vermək istəyirdi – heç biri alınmadı. Çox emosional oyun idi”.


Oyundan sonra
Alvaro Arbeloa, “Real”ın baş məşqçisi:
“Futbolçularımın nəyə qadir olduğunu bilirəm. Bəzən hansısa komandanın günü olmur, hər şey sənin əleyhinə çevrilir. Bu gün “Real” üçün belə günlərdən biri idi. Çərşənbə günü daha böyük təzyiq altında olacağıq. Ümid edirəm ki, azarkeşlər “Real”ın yanında olacaq. Onlarsız hər şey çətindi, onlarla asandı”.


Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:
“İlk yarıda çox yaxşı oynadıq. Daha bir qol vura bilərdik. Onlardan da Yamalın zərbəsi dirəyə dəydi. Çoxlu gənc oyunçunun meydanda olduğu və azlıqda qaldığımız 2-ci hissədə də layiqincə oynadıq, yaxşı müdafiə olunduq. İndi səbirsizliklə Çempionlar Liqasındakı oyunu gözləyirik. Görək işlər necə gedəcək. Bugünkü kimi əla oynamalıyıq”.


Faktlar
* “Real” Arbelonanın rəhbərliyi altında 18-ci oyunu keçirdi. Komanda bu oyunların 13-də qələbə qazanıb, 5-də uduzub. Arbelonanın yerini tutduğu Alonso isə komandanı 28 oyuna çıxarmışdı (20 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət).
* Simeone “Atletiko”nun baş məşqçisi kimi “Barselona”ya 25-ci dəfə uduzdu. Ümumiyyətlə, argentinalı mütəxəssis “blauqrana”ya qarşı 44 oyun keçirib. “Atletiko” 7 qələbə qazanıb, 12 oyun heç-heçə bitib.
* “Barselona” “Metropolitano” stadionunda ardıcıl 4-cü qələbəsini qazandı. Çempionatda indiyə qədər heç bir komanda bunu bacarmamışdı.
* La Liqanın istənilən başqa komandası ilə müqayisədə “Barsa”nın əzmkar qələbələrinin sayı daha çoxdu. Kataloniyalılar cari mövsümdə bu şəkildə artıq 21 xal qazanıb. “Atletiko” isə hesabda olduğu oyunlarda hamıdan çox xal itirib. Cari mövsümdə bu yolla 22 xal əldən gedib.
* “Barsa”nın rəqibləri La Liqanın cari mövsümündə ilk yarıda 4 dəfə azlıqda qalıb. Bu, “böyük beşlik” ölkələri üçün ən yüksək göstəricidi (“Mançester Yunayted” və “Loryan” ilə birgə).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

5-04-2026, 11:0

“Barsa” xal fərqini 7-yə çatdırdı

Dünya futbolu

1-02-2026, 15:0

Nəhənglər qələbə qazandı, “Espanyol”la “Betis” büdrədi

Dünya futbolu

8-05-2025, 14:0

“Atletiko” yenə büdrədi, “Barsa” – “Real” mübarizəsi davam edir - İCMAL

Dünya futbolu

15-05-2025, 19:0

Mbappe yenə tarix yazdı, ''Barsa''nın çempionluğu bir günlüyə təxirə düşdü

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 219
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 205
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə