• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

5-04-2023, 14:0

Çox güman, cari mövsümün sonunda La Liqanın turnir cədvəlində ilk üç komandanın indiki ardıcıllığı pozulmayacaq, ÇL-ə 4-cü vəsiqə uğrunda isə amansız mübarizə gedəcək. Nəhənglər həftəni qələbə ilə başa vurdu, ÇL-ə qatılmaq istəyən “Real Sosyedad” isə eyni hədəf uğrunda oynayan “Vilyarreal”a uduzdu.

“Barselona” “Real”la kubok oyunu ərəfəsində “Elçe”ni darmadağın etdi. Lider çempionatın sonuncu komandası ilə dueldə bir-iki qolla kifayətlənmədi, gücünə qənaət etmək fikrinə düşmədi. Qola çox ehtiyac duyanlar – Fati ilə Torres fərqləndi, Levandovski isə oktyabrdan bəri ilk dəfə çempionatda dubl etdi. Məhz polşalı hücumçu 20-ci dəqiqədəki dəqiq zərbə ilə darmadağının əsasını qoydu. İlk yarıda başqa qol olmadı. “Ağ-yaşıllar” 2-ci hissənin əvvəlində bir qədər “artırsalar” da, onların heç-heçə ümidi tezliklə “suya düşdü”. “Barsa”ya daha üç qol vurmaq üçün cəmi 14 dəqiqə kifayət etdi. Əvvəlcə Fati keçidini uzaq aşağı küncə bilyard üslubunda zərbə ilə bitirdi. Ardından Levandovski Fernandesin səhvindən yararlandı. 70-ci dəqiqədə isə Torres qapıçıya heç bir şans vermədi. Sonluq qonaqlar üçün çətin keçdi. “Elçe” real qol imkanları qazandı, epizodların birində “Barsa”nı hətta tir xilas etdi. Daha bir “quru” qələbə qazanan “Barsa” çempionluğa doğru növbəti addımı atdı. “Elçe” isə artıq aşağı dəstədə mübarizəyə köklənə bilər.

Benzemanın yardımına bel bağlamayan Fransa yığması onsuz də istədiyi nəticəyə nail ola bilir. Bu müddətdə fərdi məşq edən hücumçu isə formasını qoruyub. “Valyadolid” elə ilk yarıda onun hansı formada olduğunu hiss etdi. Kərim üç fərqli qol vurdu. Hesabı isə Rodriqo açdı. Artıq fasiləyə qədər oyunun taleyinə aydınlıq gəldi. Benzema het-trikdə dayandı və estafeti Asensioya verdi. O isə 5-ci qolu vurdu. Ançelotti bu oyunda yanvarın 3-dən bəri meydana çıxmayan Azara da şans verdi. Belçikalı ulduz 1-ci uzatma dəqiqəsində Vaskesin fərqlənməsinə şərait yaratdı. “Real” çox güc sərf etmədən meydandan darmadağınla ayrıldı. Böyükhesablı qələbə qazanan liderlər kubokun cavab oyununa yaxşı əhval-ruhiyyə ilə çıxacaq.

“Top-4”də yer almaq baxımından “Atletiko” – “Betis” oyununun əhəmiyyəti böyük idi. Bu oyunun taleyini bir qol həll etdi. Ardıcıl 4-cü qələbəsini qazanan “hindular” ÇL-ə vəsiqə şansını xeyli artırdı. İlk yarının əvvəlində qarşılıqlı hücumlar şəraitində açıq oyun getsə də, ardından temp düşdü və komandalar fasiləyə qədər heç nə yaratmadı. Fasilə “Atletiko”nun xeyrinə işlədi. 49-cu dəqiqədə Ximenesin zərbəsi turdən döndü, bir müddət sonra qapıçı Karraskonun zərbəsini dəf etdi. Kokenin 71-ci dəqiqədə vurduğu qol isə ofsayd üzündən sayılmadı. Ancaq tədricən “Betis” də artırdı. Pelleqrininin “döyüşə atdığı” Xoakin dərhal Miranda üçün əlverişli vəziyyət yaratsa da, o, topu dirəyin yanından vurdu. Son nəticədə Simeonenin əvəzləməsi işə yaradı. Argentinalının 59-cu dəqiqədə meydana buraxdığı Korrea sona 4 dəqiqə qalmış hesabı açdı. Bu qələbə “Atletiko”nu 3-cü pillədə saxlamaqla yanaşı, ən yaxın izləyicisi “Real Sosyedad”la xal fərqini 6-ya çatdırdı.

“Real Sosyedad”ın səfərdə “Vilyarreal”a uduzması 4-cü yerə iddialıların iştahını artırdı. İlk yarı “sarı sualtı qayığ”ın üstünlüyü şəraitində keçdi. Təkcə elə Morales üç real qol şansını əldən verdi. Onun fasilədən sonra topsuz qaldığını görən Kike Setyen dəyişikliyə əl atdı. Artıq basklar təşəbbüsü ələ keçirmişdi və Reynanın qapısı önündə qol vəziyyətləri yaradırdı. Qonaqlar imkanları boşa verdisə, “Vilyarreal” hesabı açdı. Çukvuezenin qazandığı penaltini Parexo qola çevirdi. Cəmi 4 dəqiqə sonra 2-ci qolu vuran Cekson qonaqların xal ümidini “dəfn etdi”.
Turun qalan oyunlarına gəlincə, “Malyorka” – “Osasuna”, “Atletik” – “Xetafe” oyunları qolsuz, “Selta” – “Almeriya” oyunu məhsuldar heç-heçə ilə bitdi. “Espanyol”u məğlub edən “Jirona” turnir cədvəlinin ortalarına doğru irəlilədi. Xose Luis Mendilibarın rəhbərliyi altında ilk oyuna çıxan “Sevilya” inamlı qələbə qazandı. Turun dünən axşam keçirilən son oyununda isə “Valensiya” ???

Turun rəqəmi

20 – “Barselona” cari mövsümdəki “quru” oyunlarının sayını bu həddə çatdırdı. Komanda indiyə qədər cəmi 9 qol buraxıb ki, hər iki göstərici rekorddu. “Barsa”nın qapısına yalnız “Real” (4), “Real Sosyedad” (1), “Osasuna” (1), “Espanyol” (1), “Betis” (1) və “Almeriya” (1) yol tapıb.
Turun ulduzu
Kərim Benzema (Real) – 6,5 dəqiqəyə het-trik edən hücumçunu seçməmək olarmı?! 3-cü qolu “qayçı” zərbəsi ilə vurdu. Fransalı hücumçu qocalmaq fikrində deyil.

Faktlar

* “Barsa” 27 oyuna 71 xal toplayıb ki, bu da La Liqa tarixinin ən yaxşı nəticələrindəndi. İlk 27 oyunda 71 xal 2-ci göstəricidi. 2011/12 mövsümündə “Real”, 2012/13 mövsümündə isə “Barselona” belə nəticə göstərib. La Liqada 27 turdan sonra ən çox xal (74) toplayan komanda da 2010/11 mövsümünün “Barselona”sıdı.
* Top-liqalarda “Barsa” qədər səfər qələbəsi qazanan komanda yoxdu. “Napoli” ilə yanaşı, kataloniyalıların da 12 belə qələbəsi var.
* Benzema “Real”ın 11 mövsümdə bütün turnirlərdə 20 və daha artıq qol vuran ilk oyunçusudu. Cari mövsümdə onun hesabında bütün turnirlər çərçivəsində artıq 22 qol var. Di Stefano ilə Raul madridlilərin heyətində 10 belə mövsüm keçirib.
* “Atletiko” La Liqada məğlubiyyətsiz oyunlar seriyasını 11-ə çatdırdı (8 qələbə, 3 heç-heçə).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-08-2022, 09:0

"Barselona"dan darmadağın, "Atletiko" uduzdu

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Dünya futbolu

1-03-2023, 21:0

La Liqanın 25-ci turunda qeydə alınan MARAQLI FAKTLAR

Dünya futbolu

27-04-2022, 12:0

''Barsa'' bu oyunçuya 1 milyard avro təzminat qoydu

Aktual
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Son xəbərlər
  • Bu gün, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Bu gün, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Bu gün, 15:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 267
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 102
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə