• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Daim azarkeşlərlə dolu olan “İmarət”i kol-kos basmışdı, xarabalığı xatırladırdı” - Cavanşir Novruzov 65 yaşını tamamladı

Manşet / Müsahibə

14-09-2024, 22:0

Cavanşir Novruzov ad-soyadı yaşlı nəsil futbol azarkeşlərinə yaxşı tanışdı. Ağdam futbolu, “Qarabağ” deyəndə ilk yada düşənlərdən biri olan Cavanşir bəy bir neçə gün əvvəl 65 yaşını tamamladı.

Ağdamlıların heyətində Azərbaycan SSR çempionu, Azərbaycan çempionatının gümüş medalçısı olan sabiq hücumçu sonradan məşqçi və seleksiyaçı kimi də fəaliyyət göstərib.

Dünən onunla həyat kitabının bəzi səhifələrini vərəqlədik.

- Cavanşir bəy, 65 illiyiniz münasibəti ilə sizi təbrik edirəm. Bu 65 ili necə xarakterizə edərdiz, zamanın təkərini geri fırlatmaq mümkün olsaydı, həyatınızda nələrisə dəyişərdizmi?
- Təbrikə görə çox sağ olun. Zamanın təkərini yenidən fırladıb geriyə  qayıtmaq, təbii ki, qeyri-mümkündü. Amma həyatımda olan bəzi məqamlar var ki, o anları yenidən yaşamaq istəməzdim. Yaxud elə anlar da var ki, onları yenidən doya-doya yaşayardım. Məsələn, vaxtilə doğma torpağımdan ayrı düşmək mənim üçün böyük zərbə oldu. Bir neçə il torpağımdan, el-obamdan ayrı düşdüm. O illər getsin, bir də gəlməsin. Çox şükürlər olsun ki, bu gün torpaqlarımız isğaldan azad olunub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, Ali Baş Komandamız, cənab Prezidentimizə cansağlığı versin.

“Həyatımı futbolsuz təsəvvür edə bilmirdim”
- Ömrünüzün yarıdan çoxunu futbola həsr etmisiz. Futbolla bağlı arzularınızı tam reallaşdıra bilmisizmi?
- Demək olar ki, bütün həyatımı futbola həsr etmişəm. Köçkünlük dövründə oynadığım "Qarabag" çətin günlər yaşadı. Futbolla bağlı arzularımı həyata keçirə bilmədim. Yaşımın ən gözəl dövrü idi o illər...

- Bilirik ki, futbola gəlişinizdə mərhum Adil Nadirovun böyük rolu olub. O, istedadınızı kəşf etməsəydi, futbol ictimaiyyəti Cavanşir Novruzovu tanıyardı?
-  Allah Adil Nadirova rəhmət eləsin. Bəli, futbola gəlişimdə Adil Nadirovun da rolu böyük olub. Uşaqlıqdan futbola böyük hevəsim olub. O vaxtlar məhlə futbolu vardı. Evimiz “İmarət”ə yaxın olduğundan tez-tez ora futbola baxmağa gedərdik. İdman məktəbinin futbol bölməsi var idi. 13-14 yaşım olardı, artıq müxtəlif idman məktəblərinin zona yarışlarında çıxış edirdim. Gənc yaşlarımda böyük futbola addım-addım irəliləyirdim. Həyatımı futbolsuz təsəvvür edə bilmirdim. Bununla bərabər üzərimdə digər məşqçilərin - Əkbər Rüstəmovun, mərhum Şamil Heydərovun, Ağasəlim Mircavadovun da əməyi danılmazdı.

- 1983-cü ildə Kazbek Tuayev sizi bəyənib “Neftçi”yə aparsa da, əsas heyətdə şans qazanmadız. Niyə? Heyətə düşməklə bağlı rəqabət güclü idi, yoxsa kimlərsə irəliləməyinizə imkan vermədi, yəni qərəzli münasibət göstərdi?
- Onda Mingəçevir “Avtomobilçi”ində çıxış edirdim. “Neftçi” ilə yoldaşlıq görüşü keçirdik, həmin oyunda Kazbek Tuayevin diqqətini cəlb etdim. Məni “Neftçi”yə çağırdı. Həmin vaxt əvəzedici komanda da özümü yaxşı tərəfdən göstərdim. Lakin əsas heyətdə İsgəndər Cavadov, Maşallah Əhmədov kimi hücumçular var idi. Yəni rəqabət çox güclü idi. Mən də öz-özlüyümdə fikirləşdim, ərizə yazıb “Avtomobilçi”yə qayıtmağı üstün tutdum.

“Ermənilər həmişə ağdamlılardan ehtiyatlanırdılar”
- 1984-cü ildə o vaxt Stepanakerti təmsil edən “Qarabağ”ın heyətində SSRİ çempionatının ikinci liqasında oynamısız. Ermənilərin çoxluq təşkil etdiyi kollektivdə olmaq necə hiss etdi. O vaxt ermənilərdən hansısa düşmənçilik əlamətləri görürdüzmü?
- Həmin vaxtlar komandanın əksər futbolçuları erməni idi, azərbaycanlılardan isə tək mən idim. Oyun vaxtı Ağdamdan futbola baxmağa çoxlu azarkeş gəlirdi. Ermənilər həmişə ağdamlılardan ehtiyatlanırdılar. İçlərində müəyyən kin olsa da, qorxudan büruzə verə bilmirdilər. Mən istədiyim kimi, sərbəst hərəkət edə bilirdim. Çünki onlar artıq məni tanıyırdı. Ermənilərdən söz düşmüşkən, 1998-ci ildə “Qarabağ”la Suriya səfərinə getdik. Orda Hələb şəhərində yerləşmişdik. Əvvəlcə dahi şairimiz Nəsiminin qəbrini, sonra isə bir neçə müqəddəs yeri ziyarət etdik. Orda biz üç yoldaşlıq görüşü keçirməliydik. Amma ikisini keçirdik. Orda yaşayan ermənilər tərəfindən təxribatla üzləşdik və 3-cü oyunumuz təxirə salındı.

- Xankəndi azad olunandan sonra orda MOİK-lə “Qarabağ” arasında kubok oyunu keçirildi. Həmin oyuna sizi də dəvət etmişdilər? Ümumiyyətlə, azad olunandan sonra Qarabağa getmisizmi, getmisizsə, nələri xatırladız?
- Bəli, həmin oyuna fəxri qonaq kimi dəvət olunmuşdum. Torpaqlarımız azad olunandan sonra ilk səfərim Ağdama oldu. “Qarabağ” veteranları ilə birgə “İmarət” stadionunu ziyarət etdim. Acılı-şirinli günlərimizi xatırladıq. Daim azarkeşlərlə dolu olan “İmarət”i kol-kos basmışdı, xarabalığı xatırladırdı. Rəhmətlik Allahverdi Bağırovun qəbrinə baş çəkib, gözəl məscidimizi ziyarət etdik. Həmçinin Şahbulağa səfər etdik. Ürək yanğısı ilə o yerleri gəzib-dolaşdım. Allah ermənilərə lənət eləsin.

- Qarabağ azad olunandan sonra hər kəs komandanın “İmarət”ə qayıdacağını gözləyir. “İmarət”lə bağlı hansı xatirələriniz var?
- Yenidən Ağdama – “İmarət”ə qayıdıb futbolun inkişafi üçün öz töfhəmi əsirgəməzdim. Gənc nəslə futbolun sirlərini öyrədərdim. “İmarət”lə bağlı xatirə çoxdu, yazmaqla bitməz... 1996-cı il idi. Finlandiyanın “MüPa-47” komandasıyla Kuboklar Kubokunda qarşılaşdıq. Həmin səfərə xalq artisti Alim Qasımov da bizlə getmişdi. Oyundan bir gün əvvəl otelin zalında onun çıxışı butün oyunçuların əhval-ruhiyyəsini yüksəltdi. Ertəsi oyun keçirildi. Stadion azarkeşlə dolu idi. Birinci hissə bizim xeyrimizə başa çatdı – 1:0. Komanda 2-ci hissəyə çıxarkən qəfil Alim Qasımov tamaşaçılar arasından ayağa qalxaraq mikrofonsuz “Qarabağ şikəstəsi”ni oxumağa başladı. Stadionda olan finlər bu səsin sehrinə mat qalmışdılar.

“Arzum gələcəkdə nəvələrimi futbolçu kimi yetişdirməkdi”
- Bu gün “Qarabağ” çempion kimi uğurlar qazanır, Azərbaycan futbolunda yeni tarix yazır, “Neftçi” isə tam əksinə. Müsahibələrinizin birində demisiz ki, “əvvəllər hamı “Neftçi”də oynamaq istəyirdisə, indi “Qarabağ”da. Lakin orda oynamaq hər oyunçuya nəsib olmur”. Belə bir düşüncə var ki, Ağdam təmsilçisi “İmarət”ə qayıtsa, legionerlərsiz eniş yaşayacaq. Bir veteran futbolçu kimi siz bu barədə nə düşünürsüz? “Qarabağ”ın bugünkü uğurlarının memarı, sizcə, kimdi?
- Ümumiyyətlə, o vaxt “Neftçi”yə düşmək çox çətin idi. İndi isə müstəqil dövlətin - Azərbaycanın çempionatı keçirilir. Əlbəttə, son 10 ilin ən yaxşı komandası göstərdiyi oyuna, Avropadakı uğurlarına görə “Qarabağ”dı. Bu da mənim üçün çox sevindirici haldı. Komandanın bu səviyyəyə gəlib çatmasında Qurban Qurbanovun böyük əməyi var.

- Bilirik ki, məşqçi, seleksiyaçı kimi çalışmısız, ardından futboldan ayrılmısız. İndi hansı işlə məşğulsuz? Futbolla hansısa bağlılığız qalırmı, yoxsa elə yalnız oyunları izləməklə kifayətlənirsiz?
- 2007-11-ci illərdə “Qəbələ”də baş məşqçinin köməkçisi olmuşam. 2012-ci ildən 2019-cu ilədək  Qəbələ akademiyasının seleksiyaçısı kimi çalışmışam. Həmin illər ərzində AFFA-da da seleksiyaçı-məşqçi işləmişəm. Artiq təqaüdə çıxmışam. Vaxtımı nəvələrimlə keçirirəm. Arzum gələcəkdə nəvələrimi futbolçu kimi yetişdirməkdi.

- “Qarabağ” artıq Avropada böyük uğurlar qazanır. Amma Çempionlar  Liqasının qruplarında müntəzəm oynaması üçün daha nə lazımdı?
-  Fikrimcə, “Qarabağ”ın Çempionlar Liqasinda iştirak etməsi üçün daha təcrübəli futbolçular lazımdı.

- Sizin oynadığınız zamandan fərqli indiki gənc futbolçular ucuz şöhrət axtarır. Bir-iki dəfə yaxşı oyun göstərəndən sonra yerlərində sayırlar. Azərbaycan futbolu və azərbaycanlı futbolçuların bu cəhəti barədə nə deyərdiz?
- Bizim vaxtlarımızda yalnız yaxşı oyun oynamağa səy göstərərdik. Yaxşı nəticə əldə etdikdə klub tərəfindən mükafatlanardıq. Bu da bizdə məsuliyət hissini daha da artırırdı. Ucuz şöhrətin ömrü də qısa olur, tez unudulur, yaddaşlarda qalmır.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

17-05-2022, 20:0

“Yenidən dünyaya gəlsəm, yenə futbolçu olmağı seçərdim” - MÜSAHİBƏ

Manşet

4-07-2023, 12:0

Üzüntü: polis jurnalistdən çox sevilir!

Premyer-liqa

23-06-2022, 15:0

Tanınmış mütəxəssis yenidən "Kəpəz"də - RƏSMİ

Aktual / Manşet

7-05-2022, 16:0

"Sabah"ın əməkdaşı "Qarabağ" azarkeşləri ilə yaşadığı problemdən danışdı - AÇIQLAMA

Premyer-liqa / Manşet

3-03-2024, 18:0

"Qarabağ"ın sabiq futbolçusu geri dönür? - özü peşmandı, Qurban Qurbanov isə belə deyir...

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə