Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda 33-cü turda səfərdə “Tirana”nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal oyuna start heyətində başlayıb və 71-ci dəqiqədə - hesab 1:1 olarkən əvəzlənib.
“Partizani” 45 xalla 5-ci sıradadı.