Bu gün “Neftçi”nin və Azərbaycan yığmasının hücumçusu Vadim Vasilyev 50 yaşını tamamlayır.
Ötən əsrin 90-cı illərinin sonunda və yeni əsrin əvvəlində ölkə futbolunda dəbi müəyyənləşdirənlərdən olan, heç nədən qol vurmağı bacaran biri bu gün gözdən-könüldən uzaq düşüb. “Football-plus.az” saytı olaraq, səbəbkarı aradıq, təbrik etdik və bir neçə sual ünvanladıq.
- Vadim, səni 50 yaşının tamamı münasibəti ilə təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq.
- Çox sağ ol, qardaş. Minnətdaram.
- Futbolçu dostlarından təbrik edən oldumu?
- 20-yə yaxın dost zəng edib, təbrikini çatdırıb. Adlarını bir-bir açıqlamaq istəmirəm.
- Bəs çıxış etdiyiniz klublardan hansı təbrik edib?
- Yalnız "Neftçi"dən təbrik almışam. O da telefon vasitəsi ilə.
- Futbolçu karyeran boyunca bir çox klubda oynamısan. Onlardan hansı sənin üçün unudulmazdı?
- Təbii ki, "Neftçi"
- Bəs yığmada ən yaddaqalan oyunlar?
- Portuqaliya ilə 1-1-lik heç-heçə və Türkuyə ilə qolsuz bərabərlik.
- Yarım əsri arxada qoydunz. Geriyə baxanda "kaş futbolu yox, başqa peşəni seçəydim" demisən?
- Heç vaxt! Yenidən dünyaya gəlsəm, yenə futbolçu olmağı seçərdim.
- Veteran kimi Azərbaycan futbol camiəsindən gözləntiləriniz nədi?
- Özüm üçün heç bir gözləntim yoxdu (gülür). Amma futbolumuzun inkişahı üçün aidiyyatı qurumlara səslənirəm ki, uşaq futbolunu dirçəltsinlər, istedadlı gənclərimizi aparıcı liqalara daşısınlar.
ABDULLA İSMAYILOĞLU
“Yenidən dünyaya gəlsəm, yenə futbolçu olmağı seçərdim” - MÜSAHİBƏ
Ölkə futbolu / Manşet



