PSJ-nin mərkəz müdafiəçisi İlya Zabarnı cəzalı duruma düşüb.
"Football-plus.az" xəbər verir ki, o, Liqa 1-in “Anje” ilə oyununu buraxacaq. Buna səbəb İlyanın 26-cı turun “Nant”la təxirə salınan matçında (3:0) sarı vərəqə almasıdı. Həmin vərəqə onun cari çempionatda aldığı beşinci “sarı” olub. Bu isə ukraynalının avtomatik olaraq növbəti matçı buraxacağı deməkdi.
Beləliklə, 23 yaşlı müdafiəçi PSJ-nin aprelin 25-də “Anje” ilə keçirəcəyi matçda iştirak edə bilməyəcək.
Zabarnı cari mövsümdə Paris kubunda bütün turnirlərdə 32 oyuna çıxıb və 1 qol vurub.