• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Söz-söhbətin olduğu yerdə məni görməyəcəksiz" - Bağırov iddialı danışdı

Manşet / Müsahibə

4-09-2024, 13:0

Adil Şükürovun istefasından sonra “Kəpəz”in “sükan”ı Azər Bağırova tapşırıldı.

Yeni baş məşqçini tanıyırıq. O, “Araz-Naxçıvan”ın aşağı liqadan premyer-liqaya yüksəlməsində böyük pay sahibi olmuş, ötən mövsümün ikinci yarısından sonra qeydə alınan uğursuz nəticələr üzündən istefa vermişdi.

İndi mütəxəssis daha çətin sınaqla üz-üzədi. Qəzetimizin ötən sayında Gəncə təmsilçisinin problemlərindən söz açmış, baş məşqçi postuna iki namizəddən birinin Azər bəy olduğunu (Etibar İbrahimov “Kəpəz”i çalışdırmaq təklifinə “yox” deyib) yazmışdıq. Bəli-bəli, mətbuatdan, ümumiyyətlə, ictimaiyyətdən gizlədilsə də, “sarı-göylər”in problemi, sadəcə, büdcə məhdudluğu ilə sərhədlənmir. Belə ab-havada Azər Bağırovun klubla ikiillik müqavilə imzalaması yetərincə iddialı olduğunu təsdiq edir. Qeyd olunanlar və başqa məsələlər ətrafında “Kəpəz”in yeni baş məşqçisiylə söhbətləşdik.

– Gəncə təmsilçisi 5 turdan sonra xal qazana bilməyib, turnir cədvəlinin sonuncu pilləsindədi. Komandanın baş məşqçisi olmaqla çiyinlərinizin üzərinə ağır yük götürdüz. Təklifi qəbul etməyə təsir edən əsas məqamlar hansılar oldu?
– “Kəpəz” adı və durumun hamı üçün ağır olması bu vəzifəni yerinə yetirmək üçün hərəkətlənməyimə təkan verdi. Düşünürəm ki, Gəncə futbolunu sevən bütün şəxslərin, xüsusən də azarkeşlərin dəstəyi ilə qarşıya qoyulan hədəfə çatacağıq. Buna tam əminəm.

– Gəncəli azarkeşlər yetərincə tələbkardı. Hər biri komandadan böyük uğur tələb edir. Belədə müəyyən gərginlik də yaranır ki, istər məşqçilər, istərsə də futbolçular təzyiq altına düşür. Bunun öhdəsindən necə gələcəksiz?
– Məncə, belə olması yaxşı haldı. Amma oyunçuların təzyiq üzündən ziyan görməsini istəmərəm. Əsas onların performansıdı. Yerdə qalan məsələlərə gəlincə, tərəfdarlar meydanda döyüşkən komanda görəndən sonra dəstəyini əsirgəməyəcək. “Kəpəz” azarkeşlərinə komandanın yanında olmaq yaraşır.

– Mövcud heyət sizin seçimlərinizlə qurulmayıb. Ciddi dəyişikliyə ehtiyac varmı?
– Çatışmazlıqlar elə də çox deyil. Rəhbərliklə söhbətimiz olub. Komanda ilə də tanışam. Futbolçuların beş tur ərzində göstərdiyi performansı izləmişəm. Nəinki “Kəpəz”in, qalan komandaların oyunlarını da təhlil etmişəm. Məni heç nə qorxutmur. Yüngülvari dəyişikliklər olacaq. Ona görə ki, hər məşqçinin özünəməxsus tərzi, oyun fəlsəfəsi olur.

– Heyətə yeni simaların cəlb olunmasıyla bağlı siyahınız varmı?
– Bəli, “Kəpəz”də görmək istədiyim futbolçular var. Amma bunu mən yox, transfer etdikdən sonra klub açıqlasa, daha yaxşı olar.

– Əvvəlki komandanın “Araz-Naxçıvan” ev oyunlarını Naxçıvanda keçirmirdi. “Kəpəz”də də durum belədi. Komanda doğma şəhərdən uzaq düşüb. Belə durum planların reallaşmasına mane ola bilərmi?
– Böyük ehtimalla, yox. Çünki “Kəpəz” azarkeşləri Tovuzdakı tribunaları da boş qoymur. İnşallah, Gəncə şəhər stadionu tikiləndən sonra daha çox tərəfdar bizimlə olacaq. Təbii ki, buna zaman lazımdı. O vaxta qədər komandanı premyer-liqada saxlayıb özümüz haqda yaxşı fikir formalaşdırmalıyıq.

– “Sarı-göylər”in sabit nəticələr qazanması üçün nə qədər vaxt lazımdı?
– Bu suala “bir, iki, ya üç da aya ehtiyac var” cavabını verənlər mənim üçün maraqlıdı. Uğurun davamlı olması üçün illər lazımdı. Futbolçular ya baş məşqçiylə, ya da bir-biriylə uzun müddət vaxt keçirməlidi. İndi zaman azdı. Tezliklə yaxşı nəticələr qazanmalıyıq. Bütün gücümüzü ortaya qoymağa məcburuq.

– Maraqlıdı ki, yeni müqavilənin müddəti iki ildi. Bu, sizin “Kəpəz”i premyer-liqada saxlayacağınıza inamdan xəbər verir, yoxsa 1-ci liqaya düşsə belə, vəzifəni davam etdirəcəksiz?
– Komandanın aşağı liqaya düşməsini fikirləşmək belə istəmirəm. Hələ 5 tur keçib. Çempionat yeni başlayıb. İrəli baxmaq lazımdı. “Kəpəz” məğlubiyyətlərin acısını unutmalıdı. Əvvəlki uğursuzluqları geridə qoya bilsək, qaneedici nəticələr qazanacağıq. Mən bacaracağımıza inanıram.

– Premyer-liqada millinin oyunlarıyla bağlı ikihəftəlik fasilə var. Bundan necə yararlanacaqsız?
– Sabah, birisigün və sentyabrın 5-də məşqlər olacaq. Sonra komanda daxilində ikitərəfli oyun keçirəcəyik. Müəyyən yükləmələri və tanışlıq mərhələsini adlayandan sonra, daha doğrusu, ayın 9-dan həftəlik rejimə keçəcəyik. 12-də isə “Araz-Naxçıvan”la matç üçün Bakıya yollanacağıq. İnanıram ki, o vaxta qədər kollektiv istədiyim vəziyyətə gələcək.

– Azər bəy, “Kəpəz”də fərqli problemlərin olduğu haqda iddialar var. Məsələn, vəzifə uğrunda mübarizələr, ciddi məsələlər ətrafında intriqalar və başqa məsələlər... Belə ab-havanıın mövcudluğu sizi çəkindirirmi?
– Mən intriqadan həmişə uzaq olan, güzəşt yolu tutan adamam. Söz-söhbətin olduğu yerdə məni görməyəcəksiz. Buna əmin ola bilərsiz.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

31-08-2024, 19:0

"Kəpəz"in baş məşqçi "alveri": sabiq çalışdırıcısı "yox" dedi, Azər Bağırov isə...

Aktual / Ölkə futbolu

29-08-2024, 14:0

“Kəpəz”i Azər Bağırov çalışdıracaq? – ÖZÜ AÇIQLADI

Ölkə futbolu

4-09-2024, 12:0

Azər Bağırov "Kəpəz"də onlarla işləyəcək

Premyer-liqa

1-09-2024, 12:0

“Kəpəz”in yeni çalışıdırıcısı müəyyənləşdi

Ölkə futbolu

6-04-2024, 19:0

Azər Bağırov istefa verdi

Ölkə futbolu / Manşet

7-11-2023, 17:0

Xaliq Mərdanov yox, Etibar İbrahimov! - Azər Məmmədov müəmmanı açıqladı

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə