• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da

Aktual / Ölkə futbolu

24-04-2026, 16:0

Srağagün Masazırda ölkə kubokunun yarımfinalı çərçivəsində “Sabah”la “Qarabağ” üz-üzə gəldi. Ən müxtəlif səbəblər üzündən bu oyun ətrafında prinsipiallıq yaranmışdı. Bəs Masazırda nələr yaşandı?

Oyun saat 20.00-da start götürəcəkdi. Oyuna 40-45 dəqiqə qalmış Masazır qəsəbəsi ərazisində, gölün qırağında qəza işıq siqnallarını yandırmış iki maşın var idi. Birinin nömrəsi tanış gəldi - 10-MB-027. Aha, bu, Bəhlul Mustafazadənin maşınıdı. Gördüm ki, qızları ilə bərabər iki ata və Bəhlul dayanıb, müdafiəçi onların formasını imzalayır. Azyaşlılar özləri “Qarabağ” formasında idi, əlavə imzalatmaq üçün də gətirmişdilər.

Stadionun ətrafında qələbəlik olmasın deyə Masazır dairəsindən stadiona gedən yol bağlanmışdı. Yol polisləri yanlız akkreditasiyası olan maşınları həmin əraziyə buraxırdı. Buna görə də stadiondakı sıxlıq yanlız insanlara görə idi. Maşın, siqnal, səs-küy yox idi.

“İmarət Tayfa”nın üzvləri stadiona yaxınlaşdıqlarını pirotexniki vasitələr yandırmaqla bildirdilər. Masazırda əsl futbol ab-havası hökm sürürdü. Bilet axtaran kim, oyunun hansı şəraitdə keçəcəyini, hesabın necə olacağını təxmin edən kim... Qəsəbənin hər yerində - dönərxanada, marketdə müzakirə gedirdi. Yaşından aslı olmayaraq ərazi və ətrafında yaşayanların belə vacib qarşılaşmasından xəbərdar olmasında birbaşa pay sahibi “Sabah” rəhbərliyidi. Təbliğat olduqca yüksək səviyyədə aparılmışdı. Bir çox sektorun girişində tamaşıçalara “Sabah” bayrağı verirdilər. Təşkilatçılıq elə səviyyədə idi ki, neytral tamaşaçı da “Sabah” azarkeşinə “çevrilirdi”. Bu əsl bayram idi. Futbol bayramı.

Matçdan bir neçə saat əvvəl biletlərin hamısının satıldığı elan olundu. Amma tribunalarda bunu görmədik. Birinci hissə başa çatana qədər azı 1-2 min boş yer var idi. İkinci yarıda boş qalan yerlərin də böyük faizi doldu, amma yenə də dolmamışdı. Belə çıxır ki, ya bilet alıb gəlməyənlər oldu, ya da kimlərsə “qara bazar” yaratmaq istəyirmiş.

Nə qədər “Qarabağ”la “Sabah” arasında intriqa olduğunu desək də, bu, sağlam rəqabətdi. Futbolçularda da hansısa kin yoxdu. Legionerlərdə belə. Matçdan sonra “Qarabağ” fanatı azarkeşi olduğu komandanın formasını Aaron Maludaya uzatdı ki, imzalasın, o da gülümsədi və tərəddüd etmədən yeniyetməni sevindirdi.

Gələk əsas məsələyə. Son saniyələrdə Kamilo Duranın cərimə meydançası daxilində ötürməsindən sonra top Velko Simiçin əlinə dəyərək istiqamətini dəyişdi. “Qarabağ”ın futbolçuları və məşqçi korpusu penalti gözlədiyi halda, Rəvan Həmzəzadə qətiyyətlə qərarının üstündə qaldı. VAR da baxdı, bir neçə dəqiqə əlaqədə oldular və yekunda hər şeyin qaydalar çərçivəsində olduğunu dedilər. Qərara etiraz etdiyinə görə Kamiloya sarı vərəqə də verildi. Final fitindən sonra ara qarışdı. Musa Qurbanlı texniki zonada Qurban Qurbanovla birgə epizodun təkrarına planşetdən baxdı. İki fərqli reaksiya gördük. Qurbanov istehzalı gülüşü, oğlu isə hakimin üstünə şığıması ilə diqqəti çəkdi. Marko Yankoviç qırmızı vərəqə almaq üçün əlindən gələni etdi. O, Rəvan Həmzəzadənin yanından ayrılmadı, etirazını ağır formada bildirdi. Şəkili referi əvvəlcə sarı, sonra qırmızı vərəqə göstərdi. Montiel də ən çılğınlardan biri idi. Amma heç sarı vərəqə də göstərilmədi. Əslində Həmzəzadənin buna macalı da yox idi. Çünki polis və mühafizəçilər onu dövrəyə alıb, paltardəyişmə otağına aparmağa çalışırdılar. Bu hal, adətən, prinsipial oyunda azarkeşlərdən qorunmaq üçün olur. Bu dəfə isə futbolçular təhlükə saçırdı. Ara qətiyyən səngimirdi.

Qurban Qurbanov epizoda baxandan sonra paltardəyişmə otağına yollanmışdı. Gördü durum heç cür səngimir, axırda özü gəldi. Musa əsəbindən az qala ağlayırdı. Özünə yer tapa bilmirdi. Futbolçular artıq Avropada yox, Azərbaycanda da yanlış qərarların olduğunu qətiyyən qəbul etmək isətmirdilər. Emmanuel Addai isə kənarda özü üçün fırlanırdı. Bu ya çox intizamlı olmasından irəli gəlir, ya da nəticə vecinə deyil. Ümid edək ki, birincidi. “Qırğın” paltardəyişmə otağına aparan dəhlizdə də davam edirdi. Heç kim futbolçuları sakitləşdirə bilmirdi.

Qurban Qurbanov oyunsonrası mətbuat konfransında belə halların futbola rəng qatdığını dedi. Həqiqətən də belədi. Ötən onillikdəki “Neftçi” - “Xəzər Lənkəran” duellərini xatırlayaq.

Yeri gəlmişkən...
“Sabah” ardıcıl 32 oyundu uduzmur. Ölkə futbolu tarixində ən uzun məğlubiyyətsiz seriya (36 oyun) “Qarabağ”a məxsusdu. “Bayquşlar” qarşıdakı 5 oyunda da uduzmasa, ağdamlıların rekordunu yeniləyəcək.

MÜZƏFFƏR QULUZADƏ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

17-11-2022, 19:0

“Qarabağ”la oyundan sonra Masazırda problem yaşanıb?

Aktual / Ölkə futbolu

8-06-2025, 00:0

“İmarət Tayfa” yürüş etdi və narazı qaldı

Manşet / Avropa Liqası

14-12-2023, 19:0

“İmarət Tayfa” “Qarabağ” üçün sürpriz hazırlayıb – tarixi oyuna 2 saat qaldı

Aktual / Ölkə futbolu

20-09-2024, 19:0

"İmarət Tayfa" ilə "Forza Neftçi" arasında kütləvi dava

Premyer-liqa

28-09-2023, 10:0

Bəhlul Mustafazadənin qayıdacağı vaxt məlum oldu

Avrokuboklar

8-12-2025, 15:0

"Qarabağ"ın matçı başlayandan 20 dəqiqə sonra stadiona buraxılmayacaqsız!

Aktual
“Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Son xəbərlər
  • Bu gün, 01:11
    B qrupunda yenə heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:56
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 23:06
    Millimiz dünya çempionu oldu
  • Dünən, 22:35
    Azər Bağırovun köməkçiləri müəyyənləşdi
  • Dünən, 22:03
    “İkinci çempionluğumuz ən yaddaqalan və çətindi” - Okan Burukun köməkçisi ayrılmağa yaxındı
  • Dünən, 21:29
    Bazanın yaxınlığında cəsəd tapıldı
  • Dünən, 20:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 20:28
    İngilislərin əşyaları necə yoxa çıxıb?
  • Dünən, 19:59
    Lebron Ceymsə məsləhət: “Leykers”i tərk et!
  • Dünən, 19:20
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 18:50
    Dünya idmanı işğalçıya qucaq açmağa başladı?
  • Dünən, 18:20
    Milli komandada ciddi itki
  • Dünən, 17:50
    “Sabah”ın Laçabı kimdi? – “Lill”in əvəzedici heyətindən Çempionlar Liqasına uzanan yol...
  • Dünən, 17:26
    6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu
  • Dünən, 16:57
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:27
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 15:56
    Avstraliyanın məşqçisi Türkiyə ilə oyun haqda nə dedi? - ''... bütün dünyaya göstərməyin zamanıdı''
  • Dünən, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Dünən, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Dünən, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Dünən, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Dünən, 14:07
    Bizim çempionatı onlar da bəyənmirlər
  • Dünən, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Dünən, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Dünən, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Dünən, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Dünən, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Dünən, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Dünən, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Dünən, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Dünən, 10:00
    Klubunda hamını arxada qoydu
  • Dünən, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Dünən, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 244
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 237
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 213
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə