• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“AÇ-ni qazanmaq istəyiriksə, kimlə oynamağımızın fərqi olmamalıdı”

AÇ

7-06-2024, 22:0

Dani Olmonu artıq həm İspaniya yığmasının, həm də “Leyptsiq”in liderlərindən biri saymaq olar.

“Football-plus.az” xəbər verir ki, 1998-ci ildə Kataloniyanın Terrasa şəhərində doğulan Olmo “La Masiya”nın yetirməsidi. O 6 il (2008-14) “Barselona”nın akademiyasında top qovsa da, futbol dünyası Olmonu Xorvatiyada tanıdı. Belə ki, istedadlı futbolçu 2015-20-ci illərdə Zaqreb “Dinamo”sunda top qovmuşdu. 2020-dən bəri isə “Leyptsiq”dədi. Hər yay olduğu kimi, bu il də ona “Barselona” başda olmaqla “Bavariya”, “Liverpul” kimi nəhənglər maraq göstərir. Amma hazırda İspaniya yığmasının düşərgəsində olan Olmo bütün diqqətini qarşıdan gələn Avropa çempionatına yönəldib. 26 yaşlı futbolçu bugünlərdə Kataloniyada işıq üzü görən “Mundo Deportivo” nəşrinə müsahibə verib.

- Redaksiyamıza gələrkən “Estadio Olimpik de Terrasa”nın yanında keçdin. O arenanı görərkən hansı hissləri yaşadın?
- Bəli, uşaq yaşlarımda ilk dəfə məhz bu stadionda futbol oynamağa başlamışam. Eləcə də bura atamın oyunlarını izləməyə gəlirdim.

- Luis de la Fuente AÇ üçün 29 nəfərlik geniş heyət açıqlayıb. Amma üç futbolçu evinə yollanmalı olacaq.
- Əvvəlcə onu deyim ki, adımın heyətdə olması məni çox sevindirdi. Aydın məsələdi ki, üç futbolçu yekun siyahıdan kənar qalmalı olacaq. Amma bu komanda hər birimizindi. Bizi ilk növbədə komandanın uğuru maraqlandırmalıdı. Fiziki cəhətdən özümü heç vaxt olmadığı qədər hazır hiss edirəm. Ona görə də maksimum dərəcədə motivasiya ilə AÇ-2024-ün başlamasını gözləyirəm. İnanıram ki, çox maraqlı turnir olacaq.

- Yığmanın düşərgəsinə hansı əhval-ruhiyyədə gəlmisən?
- Kifayət qədər yüksək əhval-ruhiyyədə gəlmişəm. Çünki mövsümün sonluğu yaxşı keçdi. Həm də bundesliqa bir qədər tez başa çatdığından əlavə iki həftə istirahət etmək fürsətim olmadı. Amma özümü hazır vəziyyətdə saxlayırdım və yığmanın oyunlarının başlamasını gözləyirəm.

- Yığmadakı rolun tədricən artmağa başlayır. Özü də təkcə meydanda yox, həm də meydandan kənarda...
- Bu komandada özümü çox rahat hiss edirəm. Yeni futbolçulardan sayılmıram. Burda bəzi oyunçularla birlikdə uzun müddətdi çiyin-çiyinə oynayıram. Ümumi götürəndə təcrübəli futbolçularımızın sayı az deyil. Bu heyətdə olanların böyük əksəriyyəti son DÇ-də, son AÇ-də və son Millətlər Liqasında da komandada idi. Bir-birimizi əla tanımağımız çox yaxşı haldı. Bunun komandaya faydası dəyə bilər.

- Yaxşı məqama toxundun. Cəmi 26 yaşın olsa da, artıq yığmada veteranlardan sayılırsan.
- Bəli, oyun sayına görə belə düşünmək olar. Amma yaşıma görə yox. Bəzi şeylər var ki, heç vaxt dəyişməyəcək. Yığmanın düşərgəsinə hər dəfə böyük fəxrlə gəlirəm. Bu komandaya yardım etmək üçün əlimdən gələni edirəm.

- Çox güman, AÇ-də “10” nömrəli forma ilə çıxış edəcəksən. Çünki martdakı yoldaşlıq oyunlarında məhz bu nömrə ilə oynayırdın. Bu nömrənin sənin üçün xüsusi bir mənası varmı?
- Əvvəllər də bir neçə dəfə bu nömrə ilə oynamışam. Məsələn, De la Fuentenin başçılığı altında gənclər yığmasında da mənə bu nömrəni vermişdilər. Elə mövqedə oynayıram ki, bu nömrə mənə uyğundu. Heç bir təzyiq hiss etmirəm. Əksinə, bu nömrə ilə oynadıqda özümü daha inamlı hiss edirəm. İspaniya yığması ilə nəhəng turnirdə bu nömrə ilə çıxış etmək mənim üçün böyük qürur olar.

- De la Fuente də səni hazırda Avropanın ən yaxşı “10 nömrə”lərindən biri hesab edir. Həqiqətənmi oyun qurucusu senin üçün meydanda ən ideal mövqedi?
- Hər halda, özümü məhz bu mövqedə daha rahat hiss edirəm. Baş məşqçi məni uzun illərdi tanıyır. Onun başçılığı altında gənclər yığmasında bir çox nəhəng turnirdə iştirak etmişəm. 2019-da gənclər arasında AÇ-nin qalibi olduq. Tokio Olimpiadasında gümüş medalları qazandıq. Elə son Millətlər Liqasını da onunla qazandıq. De la Fuente nə dediyini bilir. Onun sözləri məni daha da motivasiyalandırır.

- Çoxlarının fikrincə, sənin artıq “partlayış etmək” və nəhəng turnirdə özünü göstərmək zamanın çatıb. AÇ-2024 sənin ulduzunun parladığı turnir ola bilərmi?
- Bəli, mən də bu haqda düşünmüşəm. İlk növbədə turnir Almaniya torpaqlarında keçiriləcək. Mən isə karyeramı bu ölkədə davam etdirdiyim üçün burdakı meydanları gözəl tanıyıram. Amma məsələ tək bu deyil. Yığma səviyyəsində olan istənilən turnir məni irəli getməyə, qələbələr qazanmağa motivasiyalandırır. Dediyim kimi, fiziki və psixoloji cəhətdən özümü turnirə 100 faiz hazır sayıram. Ona görə də gözləyək görək nə olur...

- Yığmanın heyəti “4-cü üçün yola çıxırıq” devizi ilə açıqlandı. Çox ambisiyalı səslənir. Elə deyilmi?
- Bəli, biz çox ambisiyalıyıq. Komanda yaxşı dönəmdən keçir. Bəzi matçlarda ideala yaxın futbol sərgiləyirik. Turnirə Millətlər Liqasının son qalibi statusunda qatılacağıq. Bilirik ki, ilk oyundan etibarən işimiz çətin olacaq. Bəlkə də bu AÇ-nin ən çətin qrupuna düşmüşük. Amma turniri qazanmaq istəyiriksə, kimlə oynamağımızın fərqi olmamalıdı. Zatən Avropa çempionu olmaq istəyən komanda ən güclü rəqibləri yenməyi bacarmalıdı. Hər birimiz çox motivasiyalıyıq.

- Debüt matçında Xorvatiya ilə qarşılaşacağıq. Ötən AÇ-də onlara qarşı oyun tarixi alınmışdı. Xorvatiya sənin üçün də xüsusi ölkədi...
- Xorvatiya ikinci vətənimdi. O ölkəni çox sevirəm. Bəli, son illərdə iki dəfə onlarla qarşılaşmışıq. Ötən AÇ-də xovatları əlavə vaxtda, Millətlər Liqasının finalında isə penalti seriyasında məğlub etdik. Yəni hər dəfə çox ciddi müqavimətlə üzləşirik. Turnirə bu cür ciddi bir rəqibə qarşı oyunla başlamaq xüsusi hissdi. Üstəlik oyun “Olimpiyaştadion”da keçiriləcək. Berlindəki bu stadionda mən “Leyptsiq”lə iki dəfə Almaniya kubokunu qazanmışam. Mənim üçün bundan gözəl və maraqlı başlanğıc düşünmək olmazdı.

- Yəqin ki, bu stadionda keçiriləcək son oyunun da iştirakçısı olmağa can atacaqsız. Axı final da bu arenada keçiriləcək.
- Bəli, turnirə Berlində başlayırıq və burda da bitirmək istəyirik.

- Qrupdakı digər rəqiblər haqda nə düşünürsən? Həm İtaliya, həm də Albaniya tanış rəqibdi.
- Bəli, italyanlarla həm ötən AÇ-də, həm də Millətlər Liqasının yarımfinalında qarşılaşmışdıq. Albaniya ilə isə 2022-də Barselonada oynamışdıq. Amma o vaxtdan bəri albanların heyəti çox dəyişib. Hər ikisi də çətin rəqibdi.

- Yığmaya yeni qan qatacağı gözlənilən Niko Uilyams, Yamal və Kubarsi kimi gənclər haqda nə düşünürsən?
- Onlar bir tərəfdən çox gənc olsalar da, digər tərəfdən yüksək səviyyədə kifayət qədər təcrübəyə malikdilər. Yamalla Kubarsi böyük futbolda ilk mövsümünü keçirsə də, unutmayaq ki, Çempionlar Liqasında “Napoli” və PSJ kimi klublara qarşı oynayıblar. Ona görə də komandaya ciddi fayda verəcəklərini düşünürəm.

- “La Masiya”da böyüyüb, Xorvatiyada peşəkara çevrilib, Almaniyada isə ulduz səviyyəsinə yüksəlmisən. Bu yerlərin hər birindən nəyi mənimsəmisən?
- Hərəsindən bəzi keyfiyyətləri götürmüşəm. 6 il “La Masiya”da oynayaraq böyümüşəm. Özü də orda irəlidə müxətlif mövqelərdə, yəni əsasən hücumameyilli futbolçu kimi oynayırdım. “Dinamo”da isə əsl yarımmüdafiəçiyə çevrildim. Çünki geri qayıtmalı, müdafiəyə yardım etməli olurdum. Amma “Barsa”da mənimsədiyim səviyyə, oyun tərzi, meydanı görmək qabiliyyəti həmişə mənimlə qalacaq. Zaqrebdə həm də fiziki futbol oynamağı öyrəndim. Çünki Xorvatiya çempionatında “box to box” deyilən futbola daha çox üstünlük verirlər. Almaniyada isə tam yeni səviyyəyə yüksəldim. Almaniya futboluna gözlədiyimdən tez uyğunlaşdım.

- Son dönəmlərdə səni tez-tez trenajor zalında görmək mümkündü. “Leyptsiq”də sanki fiziki göstəricilərinin üzərində daha çox işləyirsən.
- Son illərdə futbol çox dəyişib. Xüsusilə də Almaniyada ümidləri doğrultmaq üçün ilk növbədə fiziki cəhətdən güclü olmalısan. Çünki çox qaçmaq, rəqiblərlə ikili mübarizələrə girmək lazım olur. Bəzi komandalar tam müdafiəyə qapanır. Ona görə də özümü bütün bunlara daha yaxşı hazırlaşdırmağa çalışıram. Əslində Almaniya karyeramdan razıyam. 4 il ərzində üç titul qazanmışam. Ona görə də hər şeyin qaydasında irəlilədiyini düşünürəm.

- Belə alınb ki, sən bütün peşəkar karyeranı vətəndən kənarda keçirmisən. Xaricdən İspaniya futbolu necə görünür?
- Məncə, İspaniya yığması necə görünürsə, İspaniya futbolu da o cür görünür. Yəni “tiki-taka” futbolu... Məsələn, Pedri bu cür futbola uyğun gələn oyunçulardandı. Bunun üçün topla çox yaxşı rəftar etməlisən. Məsələn, biz ÇL-də “Real” ilə qarşılaşanda onlar topa nəzarət etməyə, baxımlı oynamağa çalışırdılar. Biz isə daha sadə oynamağa, topu ələ keçirən kimi irəli şığımağa çalışırdıq.

- Səncə, xaricdə oynayan ispaniyalı futbolçuya La Liqada oynayan ispaniyalı futbolçudan daha az dəyər verilir?
- Ötən ilə qədər mən bundesliqadan yığmanın düşərgəsinə gələn yeganə futbolçu idim. Amma sonradan Qrimaldo da yığmaya dəvət almağa başladı. Yeri gəlmişkən, fürsətdən istifadə edərək onu və “Bayer-04”ü mükəmməl keçirdikləri mövsüm münasibətilə təbrik edirəm. Ola bilər ki, bizdə insanlar bundesliqanı o qədər də çox izləmir. Yəni ispaniyalı futbolsevərlər bəlkə də məni daha çox yığmanın oyunlarında və ya ÇL matçlarında görüblər. Amma futboldan anlayan hər kəs məni tanıyır və bilir ki, öz ölkəmin qələbəsi üçün əlimdən gələni edirəm.

- Sonda transfer mövzusuna toxunmaya bilmərik. “Barselona”, “Bavariya” və premyer-liqa nəhənglərinin maraq dairəsindəsən.
- Bu haqda düşünməməyə çalışıram. Çox sakitəm və qarşıdakı turnirə hazırlaşıram. Aydın məsələdi ki, adımın belə böyük klublarla yanaşı hallanması mənim həm qürurlandırır, həm də motivasiyalandırır. Amma indi məni yığma ilə titul qazanmaqdan başqa heç nə maraqlandırmır. Çalışıram ki, fikrimi başqa yerə yönəltməyim. AÇ-dən sonra nə olacağını isə bilmirəm.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-08-2023, 19:0

''Bavariya'' fanatları önündə rüsvay oldu

Dünya futbolu

5-05-2023, 17:0

“Barselona” gənc uruqvaylı ilə anlaşdı

Dünya futbolu

26-09-2023, 14:0

Kiçik Klyuvert də “Barselona”lı oldu

Aktual
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
Son xəbərlər
  • Bu gün, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Bu gün, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Bu gün, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Bu gün, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Bu gün, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Bu gün, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Bu gün, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Bu gün, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Bu gün, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Bu gün, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Bu gün, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 239
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə