Uruqvayın U-20 yığmasının kapitanı Fabrisio Dias “Barselona”nın maraq dairəsindədi.
"Football-plus.az" xəbər verir ki, bu futbolçunun yaxın gələcəkdə İspaniyada oynamaq şansı yüksəkdi.
“Mundo Deportivo” qəzetinin xəbərinə görə, Kataloniya klubu “Liverpul”un (Montevideo) yarımmüdafiəçisinin transferində maraqlıdı. Artıq “Barselona”nın təmsilçiləri gənc futbolçunun agenti ilə görüş keçiriblər. Məlumata görə, İspaniya klubu Fabrisionu 8 milyon avroya transfer etməyə razılaşıb.
“Barselona” rəhbərliyi Diasın keçidini mayın 20-də start götürəcək gənclər arasında dünya çempionatı başlamazdan əvvəl rəsmiləşdirmək istəyir.