“Barselona”da uzun illərdən sonra Klyuvert soyadını daşıyan futbolçu ilə bağlı əlamətdar hadisə baş verib. İspaniya klubunun sabiq futbolçu Patrik Klyuvertin oğlu Şeyn ilə peşəkar müqavilə imzalanıb.
"Football-plus.az" xəbər verir ki, sentyabrın 24-də kiçik Kluyvertin 16 yaşı tamam olub. Bu fakt “Barselona” rəhbərliyinə onunla peşəkar müqavilə bağlamaq hüququ verib.
Qeyd edək ki, yeniyetmə hücumçu PSJ-dən ayrıldıqdan sonra - 9 yaşından “Barselona”nın akademiyasında futbolun sirlərinə yiyələnir. O, Niderlandın U-16 yığmasında da çıxış edir.
Şeynin atasına gəlincə, onun 1998-2004-cü illərdə “Barselona”da oynadığını xatırladaq. Niderland yığmasında 79 oyuna 40 qol vuran Patrik Klyuvert futbolçu karyerasını 2008-ci ildə başa vurub. Həmin ildən məşqçiliyə başlayan 47 yaşlı mütəxəssis hazırda “Adana Dəmirspor”u çalışdırır.