• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çempion ola bilməyən məşhur yunanlar... - TƏHLİL

Avrokuboklar

4-06-2024, 22:0

Konfrans Liqasında çempion olan "Olimpiakos" tarixi uğura imza atdı.

“Football-plus.az” xəbər verir ki, Avropa çempionatına isə az qalır. Yunanlar final mərhələsinə vəsiqə qazana bilməsələr də, qitə çempionatının tarixində ən yaddaqalan çempionluq məhz onların adı ilə bağlıdı. Bu komandanın həmin uğuru təkrarlaması çətin görünür. Portuqaliyada keçirilən qitə çempionatında uğur qazanmış futbolçuların adı çoxlarına məlumdu. AÇ-2004-dən və tarixi çempionluqdan müxtəlif səbəblərə görə kənarda qalmış bəzi yunan futbolçuları isə xatırlamağa ehtiyac var.

Akis Zikos
2004-cü ildə Avropada mövsümü ən yüksək mərtəbədə bitirmiş yunanıstanlı futbolçu. Çempionlar Liqasının (turnir bu adla keçiriləndən bəri) finalında meydana çıxmış ilk yunan. "Monako"nun yarımmüdafiəçisi komandasının sensasiyalı şəkildə turnirin finalına qədər irəliləməsində pay sahiblərindən biri idi. Həlledici oyunda isə Didye Deşamın komandası Joze Mourinyonun "Portu"suna məğlub olmuşdu. Əlbəttə, yığmada bu mövqedə Katsuranis, Zaqorakis və Basinas kimi oyunçular çıxış edirdi. Amma biz bu futbolçuların səviyyəsindən ağızdolusu indi - çempionluqdan sonra danışa bilirik. Qitə çempionatından əvvəl isə Yunanıstanda Zikos kimi yaxşı formada olan oyunçunun Portuqaliyaya aparılmaması geniş müzakirə doğurmuşdu.

Yannis Amanatidis
"Ayntraxt"ın forvardı bir il sonra Konfederasiyalar Kubokunda iştirak edəcək. Amma o da zəfərlə bitən AÇ-ni evdən izləməli olmuşdu. Otto Rehagel bu mövqedə daha çox "Verder"lə Almaniya çempionu olmuş və vurduğu qollarla Yunanıstanın qəhrəmanına çevrilmiş Haristeasa, "Atletiko"nun hücumçusu Nikolaidisə və "Fiorentina"dan Vrizasa güvənirdi.

Qriqoris Georqatos
"Yunanıstanın Roberto Karlosu" - bu ləqəb ona təkcə xarici görünüşün baxımından məşhur braziliyalı həmkarına oxşadığına görə verilməmişdi. Hücumameyilli sol cinah müdafiəçisi məhz bu cəhətinə görə A seriyasına qədər gedib çıxa bilmişdi. "Olimpiakos" 1998/99 mövsümündə ÇL-də "Ayaks" və "Portu"nun da yer aldığı qrupdan lider kimi çıxmışdı. Yunanıstan təmsilçisi 1/4 finalda son finalçı "Yuventus"u da keçməyə yaxın idi. Kontenin cavab oyununun 85-ci dəqiqəsində vurduğu qol buna mane olmuşdu (2:1, 1:1). Sözügedən qarşılaşmalarda yaxşı təsir bağışlamış Georqatos Roberto Karlos "İnter"dən ayrılandan 3 il sonra - 1999-cu ildə Milan təmsilçisinə keçmişdi. Onun həmin il Yunanıstanın ən yaxşı futbolçusu seçildiyini də xatırlaya bilərik. 2002-ci ilə qədər İtaliyada oynamış müdafiəçinin ilk gündən yığmanın baş məşqçisi Rehaqellə sözü çəp gəlmişdi. Buna görə "Robeto Karlos" da qitə çempionluğundan yan keçdi. AÇ-də bu mövqedə Fissas oynayırdı.

Sotirios Kiriakos
Yekun heyətin formalaşdırılmasında təkcə məşqçinin qərarları rol oynamır. Adətən, zədələr də sözünü deyir. Zədələnməsəydi, Kiriakosun da adı Avropa çempionlarının sırasında olacaqdı. Düzdü, Dellas və Kapsisin varlığında onun heyətə düşməsi çətin görünürdü. Hər halda, ehtiyatda, yəqin ki, yer alacaqdı. Kapsisdən söz düşmüşkən, onun atası Yunanıstan futbolunun ən böyük liberolarından biri idi. "Panatinaikos"un 1971-ci ildə ÇK-nın (ÇL) finalına qədər irəliləməsində karyerasını bütünlüklə bu kluba həsr etmiş oyunçunun da payı böyük idi. Kapsislərdən sonra isə Samaraslar ata-oğul kimi müxtəlif vaxtlarda ÇL-də çıxış etməklə diqqəti çəkiblər.

Teofanis Gekas
Samarasın bu heyətə düşmək şansı olmasa da, daha çox bir neçə il sonra parlayacaq Gekasın bu mənada cüzi şansı var idi. Yığmada bir il sonra debüt edəcək gənc hücumçunin bu mövqedə rəqabətə tab gətirməsi çətin görünürdü.

İeroklis Stoltidis
Uzun illər Yunanıstan mətbuatı onun yığmaya çağrılması üçün Rehagelə təzyiq etdi. Buna baxmayaraq, almaniyalı mütəxəssis 29 yaşlı orta xətt oyunçusunu Portuqaliyaya aparmadı. Rehagel hətta iki il sonra Stoltidis ölkənin ən yaxşı futbolçusu seçiləndə də onu yığmaya dəvət etmirdi. Yalnız AÇ-2008 ərəfəsində Otto ona dəvət göndərmişdi. Stoltidisin cavabı isə təəccübləndirməmişdi:

"Mən artıq bir neçə cəbhədə oynayacaq səviyyədə deyiləm. Bu dəvət 4 il əvvəl gəlsəydi, məmnuniyyətlə məşqçinin çağırışına cavab verərdim".


Nikos Liberopulos
Üç dəfə (2000, 2006, 2007) Yunanıstanın ən yaxşı futbolçusu seçilmiş, 2 dəfə (2003, 2007) çempionatın bombardiri olmuş hücumçu yığmada 1996-cı ildə debüt etsə də, AÇ-dən kənarda qaldı. Rehagel onu 4 il sonra qitə çempionatına aparmağa qərar verəcəkdi.

ELZAMİN HACIYEV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-03-2024, 22:0

“Bayer-04” kimin uğurunu təkrarlaya bilər?

Manşet / Konfrans Liqası

30-05-2024, 02:0

“Olimpiakos” Konfrans Liqasının çempionudu! - YENİLƏNİB

İdman

20-06-2022, 10:0

Azərbaycan güləşçilərindən tarixi uğur

Dünya futbolu

4-06-2024, 16:0

Qəzəbli italyanlar, xoşbəxt yunanlar

İdman / Yığma

18-05-2024, 18:0

Yığmamız Avropa birincisi oldu

Aktual
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
“Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
Son xəbərlər
  • Bu gün, 20:26
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Bu gün, 19:20
    Vaci ilə yeni müqavilə
  • Bu gün, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Bu gün, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Bu gün, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Bu gün, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Bu gün, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Bu gün, 16:37
    Karyerasını başa vurdu
  • Bu gün, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Bu gün, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Bu gün, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Bu gün, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Bu gün, 14:36
    "Səbail"dən daha bir transfer
  • Bu gün, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Bu gün, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Bu gün, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Bu gün, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Bu gün, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Bu gün, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Bu gün, 11:23
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 10:52
    Parisi tərk edəcək
  • Bu gün, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Bu gün, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Bu gün, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Bu gün, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Bu gün, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
  • Dünən, 22:50
    Liverpuldan Londona yollandı
  • Dünən, 22:19
    “Əsas mərhələdə nəinki iki, üç komanda ilə təmsil oluna bilərik” – Elmar Baxşıyev
  • Dünən, 21:45
    MS-ni tərk edə bilər
  • Dünən, 21:16
    AFFA iki klubun şikayətini təmin etdi
  • Dünən, 20:45
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Dünən, 20:14
    "Qarabağ"ın Renaldo ilə müqaviləsinin detalları
  • Dünən, 19:43
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:11
    “Qarabağ”dan növbəti transfer
Daha çox
Oxunub: 305
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 283
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 264
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 257
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 235
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə