• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bayer-04” kimin uğurunu təkrarlaya bilər?

Dünya futbolu

14-03-2024, 22:0

Hazırda bundesliqada çempionluq əmsalı cəmi 1,06-ya bərabərdi.

"Football-plus.az" xəbər verir ki, əvvəlki illər olsaydı, düşünmək olardı ki, söhbət yalnız “Bavariya”dan gedir. Amma bu mövsüm durum fərqlidi. Bukmekerlər bu əmsalı Münhen nəhənginin yox, sona 9 tur qalmış 10 xallıq fərqlə lider olan “Bayer-04”ün çempionluğuna verir! Komanda çempionluğu rəsmiləşdirən kimi 51 əmsal işə düşəcək. Məsələ burasındadı ki, mövsümün əvvəlində leverkuzenlilərin çempionluğuna məhz bu qədər əmsal verilirdi. Son 20 ilə nəzər salsaq, görərik ki, Avropada 5 dəfə çempionluğuna ən azı 51 əmsal verilən komandalar sonda sürpriz şəkildə qalib olub. Gəlin, onları xatırlayaq.

“Portu” (2003/04) – ÇL-də qələbəsi 51 əmsal
20 il öncə ÇL-in favoriti 4 əmsalla “Real” idi. Amma “qalaktikos” adlanan həmin komanda fiaskoya uğrayaraq La Liqada heç “3-lüy”ə də düşmədiyi halda, ÇL-də mübarizəni 1/4 finalda dayandırdı. Madrid nəhəngini sonradan finala qədər irəliləyən “Monako” mübarizədən kənarlaşdırdı. Təsəvvür edin, həmin mövsümün finalında çempionluğuna 51 əmsal verilən “Portu” ilə 67 əmsal verilən “Monako” üz-üzə gəldi. Yəni kimin qalib gəlməsindən asılı olmayaraq, final artıq tarixi idi. Joze Mourinyonun əsrarəngiz “Portu”su finalda 3 cavabsız qolla qalib gəldi. Həmin vaxtdan bəri ÇL-də bu cür qəribə final və bu cür sürpriz çempion olmayıb.

Yunanıstan (2004) – AÇ-də qələbəsi 101 əmsal
Maraqlıdı ki, “Portu” kimi bu hadisə də düz 20 il öncə baş vermişdi. Təsəvvür edin ki. AÇ-2004-də iştirak edən 16 yığmadan yalnız ikisinin çempionluq şansı Yunanıstanınkından daha az hesab olunurdu. Yunanların çempionluğuna 101 əmsal verilmişdisə, Bolqarıstana 188, Latviyaya 502 əmsal verilmişdi. Bu iki komanda ümumilikdə turniri 1 xalla tamamladı. Həmin xal latviyalıların almanlarla sürpriz şəkildə qolsuz bərabərə qalması sayəsində ortaya çıxdı. Yunanıstan nağılının nə ilə bitdiyini isə hər kəs bilir. Açılış oyununda meydan sahibi Portuqaliyanı məğlub edən, İspaniyanı qrupda saxlayan, 1/4 finalda son çempion statusunda olan Fransanı, yarımfinalda turnirin gizli favoritlərindən olan Çexiyanı mübarizədən kənarlaşdıran və nəhayət, finalda yenə Portuqaliyadan üstün olan Yunanıstanın bu zəfəri bütövlükdə futbol tarixinin ən böyük sürprizlərindən biri sayılır.

“Monpelye” (2011/12) – Liqa-1-də çempionluğu 81 əmsal
2011-in yayında Eden Azarlı “Lill” son çempion statusundaydı, “Marsel” və “Lion” yetərincə iddialı idi. Hələ heyətini ulduzlarla doldurmayan PSJ də kifayət qədər möhkəm komanda idi. “Monpelye”nin adı heç avrokuboklar uğrunda mübarizə aparacaq komandalar arasında da çəkilmirdi. Özü də əvvəlki mövsümü bu komanda düşmə zonasından yalnız 3 xal öndə - 14-cü pillədə başa vurmuşdu. Amma Rene Jirarın çalışdırdığı, heyətində Jiru, Belhanda, Kabella kimi istedadlı futbolçular olan “Monpelye” 2011/12-dəki performansı ilə hamını mat-məəttəl qoydu. Jiru həmin mövsümü 21 qol, 9 məhsuldar ötürmə, Belhanda 12 qol, 5 məhsuldar ötürmə ilə tamamladı. 29-cu turda liderliyi ələ keçirən komanda sona qədər də zirvəni əldən vermədi. Bu, “Monpelye”nin 105 illik tarixi ərzində ilk və yeganə çempionluğudu. Maraqlıdı ki, komanda həmin vaxtdan bəri heç bir mövsümdə 6-cı pillədən yuxarı qalxa bilməyib.

“Lester” (2015/16) – premyer-liqada çempionluğu 5001 əmsal
“Monpelye”nin zəfərindən bir neçə il sonra İngiltərə futbolunda ilk baxışdan yalnız nağıllarda baş verə biləcək bir olay yaşandı. “Lester” bundan cəmi bir il öncə premyer-liqaya qayıtmış və 2014/15-i 14-cü pillədə başa vurmuşdu. Ona görə də “tülkülər”in çempionluğuna ağlasığmaz rəqəm, yəni 5001 əmsal verildikdə bunu hər kəs normal qarşılamışdı. Maraqlıdı ki, cəmi 13 turdan sonra bu əmsal 100-ə, ilk dövrədən sonra isə 11-ə qədər endi! Heç kimin ciddi qəbul etmədiyi bu komandanın həmin mövsümdəki performansı ayrıca bir film mövzusudu və bəlkə də nə vaxtsa buna aid kino da çəkiləcək. Kante, Mahrez və Vardinin liderlik etdiyi, Klaudio Rabyerinin çalışdırıdığı həmin “Lester” sona iki tur qalmış çempion oldu! Təbii ki, bu uğurun davamı gəlmədi. İldən-ilə zəifləyən və əsas oyunçularını itirən “Lester” hazırda çempionşipdədi.

“Lill” (2020/21) – Liqa-1-də çempionluğu 51 əmsal
Həmin mövsüm pandemiya üzündən futbol dünyasında çətin keçdi. Fransada əvvəlki mövsüm yarımçıq dayandırılmışdı. “Lill” həmin vaxt 4-cü pillədə idi. 2020/21 ərəfəsində isə aşkar favorit PSJ idi. Maurisio Poçettinonun komandasının çempionluğuna yalnız 1,1 əmsal verilirdi. “Lill” 51 əmsalla siyahıda 4-cü pillədə idi. Bu komandanı “Lion” (26) və “Marsel” (31) də qabaqlayırdı. Amma Kristof Qaltyenin çalışdırdığı, müdafiədə təcrübəli Joze Fontenin, hücumda isə təcrübəli Burak Yılmazın liderlik etdiyi komanda mövsüm ərzində cəmi 3 dəfə uduzdu. Yekunda “Lill” Mbappeli, Neynarlı, İkardili, Di Mariyalı, Verrattili PSJ-ni 1 xal qabaqlayaraq sürpriz şəkildə çempion oldu. “Lill” növbəti mövsümə Superkuboku qazanmaqla başlasa da, uğurun davamı gəlmədi. Komanda mövsümü yalnız 10-cu pillədə başa vurdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-08-2022, 19:0

Superliqada yeni mövsümün iki favoriti var - TƏHLİL

Dünya futbolu / Manşet

5-03-2024, 22:0

''Fənərbaxça'' KL-in neçənci favoritidi?

Ölkə futbolu

10-11-2023, 13:0

UEFA reytinqi: Azərbaycanın əmsalı və mövqeyi dəyişmədi

Aktual
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
Son xəbərlər
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
  • Bu gün, 11:28
    “Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var” - Tahir Gözəl
  • Bu gün, 11:27
    Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə