• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bundan da “böyük oyun”? - KÖŞƏ

Manşet / Yazarlar

29-05-2024, 14:0

“Neftçi” “Sabah”a məğlub olmaqla avrokuboklara qatılmaq şansını itirdi. Belədə 2016/17 mövsümündən bəri, yəni düz 7 il sonra yenidən eyni uğursuzluq təkrarlandı.

Bilindiyi kimi, 2020/21 “futbol ili”ndə çempionluğun dadına baxan komanda 3 ildi “Qarabağ”a yaxın dura bilmir. Baxmayaraq ki, “ağ-qaralar” ağdamlılarla, demək olar ki, eyni maliyyə gücünə sahibdi. Bəs “Neftçi”də nə baş verir? Daim tarixiylə öyünən klubun ən yeni tarixinin səhifələri niyə ən azı iki yox, yalnız bir rəngdən ibarətdi?

Problemin əsas səbəbi kimi rəhbərlikdən bəhs etsək, yəqin ki, heç kimin etirazı olmaz. Hətta “Neftçi” azarkeşləri birağızdan mənimlə razılaşar. Mövsüm ərzində klub haqda cürbəcür iddialar ortaya atıldı. İstər büdcənin talanması, istər bəzi kadrların özbaşınalığı, istərsə də komanda daxilində yaranan çatlarla bağlı. Belədə heyətdəki dəyişikliklərlə bağlı bir neçə dəfə bəyanat yayaraq yazılanları dezinformasiya adlandıran klubdan reaksiya gözlədik. Lakin daşdan səs çıxdı, “Neftçi”dən səs çıxmadı”. Qısası, onlar hamıya turnir cədvəlinin yuxarısından baxmaq istəyən azarkeşlərinin nigaranlığına son qoymaq istəmədi.

Digər tərəfdən, “ağ-qaralar” futbolçuların iştirakıyla ənənəvi mətbuat konfransları keçirirdi. Maraqlıdı ki, jurnalistlərə ən çox gözlənilən qonağı, yəni kapitan Emin Mahmudovu sual atəşinə tutmaq şansı verilmədi. Ya klub futbolçunu yola gətirə bilmədi, ya da Emin özü ictimaiyyət önünə çıxmaqdan utandı. Əlbəttə, komandanı idarə etməkdə çətinlik çəkən, oyunçularla dil tapa bilməyən, ən əsası, performans baxımından özünü sübut edə bilməyən adama xəcalət çəkməkdən başqa heç nə qalmır. Hətta son oyunlarda kapitan sarğısını daşıyan Eddinin belə sırf bu yöndə Emini üstələməsi gözdən qaçmadı. İsrafilov həm vurulan, həm də buraxılan qollardan, həm qələbə, həm də məğlubiyyətdən sonra komanda yoldaşlarını başına toplayaraq müəyyən keyfiyyətlərini ortaya qoydu. Ümumiyyətlə, komandanın indiki heyətindən hansısa futbolçunu fərqləndirmək çətindi. Ona görə ki, geridə qalan mövsümdə, demək olar, heç biri sabit çıxışla azarkeşlərin rəğbətini qazana bilmədi. Durum belədisə, azarkeşlərin, xüsusilə “Forza Neftçi”nin baş icraçı direktor Fərrux Mahmudov başda olmaqla, idman direktoru Yens Andersson və heyətin əksəriyyətinin klubdan uzaqlaşdırılmasını tələb etməsinin səbəbi elə də uzaqda deyil. Hər halda, tərəfdarların tələbləri anlaşılandı. Uğursuz nəticələrə görə komandanın həm ev, həm də səfər oyunlarını boykot edən azarkeş qrupunu geri çağırmaqla həlledici məqamda hər kəsi məyus etmək uzlaşmır. Hələ 2023/24 “futbol ili”ndə iki baş məşqçi dəyişən, ən bahalı transferlərlə güclənən yeganə komanda olmağı demirik. Daha çətini isə bu qədər geniş imkanlarla ilk “dördlüy”ə belə düşməməkdi. “Neftçi”nin problemi yalnız radikal qərarlardan sonra çözülə bilər. Görünür, klubda ciddi islahatlara ehtiyac var.

Bəs bu addımlar atılmasa, nə olacaq? İndiyəqədərki fəsadlara nəzər salsaq görərik ki, sonrası fəlakətdi. 2023/24 “futbol ili”nə baxaq: “Qarabağ” – “Neftçi” derbisi nüfuzdan düşdü, azarkeşlər uzun müddət və inadla komandadan üz döndərdi, klubla bağlı müxtəlif iddialar yayıldı, ev oyunlarına gələn azarkeş sayında ciddi azalma müşahidə olundu. Hazırda narazılığın son həddə çatmasından xəbərdarıq. İndi vədlərə yox, konkret addımlara ehtiyac var. Bu gün “Neftçi”nin heyətində çempion və 77 qolla bombardir olan Aysun Seydiyeva “Sabah”ın formasıyla fotosunu yayınlayırsa, sabah olacaqları siz düşünün. Həmçinin “Neftçi” azarkeşlərinin 2021/22 mövsümündə Qəbələ” ilə matçda açdığı pankartı xatırlayın. Üzərində “böyük oyun getdi, “böyük oyun” gəldi” sözləri yazılan pankartda “Xəzər Lənkəran”ın məzarı və onu ziyarət edən atlı təsvir edilmişdi. Şənbə günü “Neftçi”nin avrokubok ümidləri də məhz o cür “dəfn edildi”. Nə istəyirsiz “Neftçi”dən? Bundan da “böyük oyun”?

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Premyer-liqa

27-04-2024, 18:0

Aslan Kərimov: “Səbail”lə “Turan Tovuz” üçün 4-5 xallıq fərqi azaltmaq çətin görünür”

Ölkə futbolu / Manşet

11-05-2024, 15:0

Sultanov: “Neftçi”nin heç bir futbolçuya ehtiyacı yoxdu” - Mahmudov məşqə çıxdı və..

Aktual / Premyer-liqa

4-02-2023, 21:0

“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!

Aktual / Konfrans Liqası

2-08-2023, 12:0

Azarkeşləri "Jelezniçar"la oyunda “Neftçi”nin yanında olacaq

Ölkə futbolu / Manşet

2-04-2024, 15:0

"Forza Neftçi"dən kluba inanılmaz tələb: kuboku və “gümüş” qazan, bizdən üzr istə!

Aktual
Şahin Diniyev “Şamaxı”da?
“Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
"Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
“Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
“Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
Son xəbərlər
  • Bu gün, 00:11
    Qışda ''Fənər''dən ayrılan futbolçu ''Qalatasaray''la danışıqlar aparır?
  • Dünən, 23:38
    Demçenko, indi günah nə səndədi, nə məndə... – YAZI
  • Dünən, 22:52
    "Bu qələbədə komanda işi var" - Valdas Dambrauskas
  • Dünən, 22:27
    AFFA “Futbol Təhsili Vebinarları”na start verdi
  • Dünən, 22:20
    "Futbolçularımı əzmlarlığına görə təbrik edirəm" - Rəşad Sadıqov
  • Dünən, 21:55
    "Sabah" "qızıl dubl" etdi! - YENİLƏNİB
  • Dünən, 20:55
    Karateçilərimiz 6 medal qazandı - AÇ
  • Dünən, 20:24
    Türkiyə çempionatında yeni mövsümlə bağlı əsas tarixlər bəlli oldu
  • Dünən, 19:53
    Ağlasığmaz avtoqol ''Əl-Nəssr''in və Ronaldonun çempionluğunu təxirə saldı
  • Dünən, 19:22
    Millimiz Türkiyədə yoldaşlıq oyunları keçirəcək
  • Dünən, 18:51
    "Sabah" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 18:46
    “Neftçi”nin qızlar komandası yenə çempion oldu
  • Dünən, 18:16
    ''Qalatasaray''ın ulduzunu alış-veriş mərkəzində yumruqladılar!
  • Dünən, 17:45
    Şahin Diniyev “Şamaxı”da?
  • Dünən, 17:14
    “Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
  • Dünən, 16:55
    Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
  • Dünən, 16:24
    "Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
  • Dünən, 15:53
    “Qarabağ” - “İmişli” matçının biletləri satışdadı
  • Dünən, 15:22
    Məğlubiyyətsiz ''Benfika'' hətta "ÇL zonası"ndan da kənar qaldı!
  • Dünən, 14:51
    İki ildi Rəşad Sadıqovu izləyən təhlükə - Dambrauskas onu “istefaya göndərmək” istəyir!
  • Dünən, 14:20
    "Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi bəlli oldu
  • Dünən, 13:59
    Cibrila oynasa, “Zirə” kuboku qazanacaq! - “Sabah” yenə “Bu şəhər ikimizə dar”ı səsləndirəcək?
  • Dünən, 13:40
    Felipe Santos milliyə dəvət aldı
  • Dünən, 13:28
    Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
  • Dünən, 12:57
    AFFA tərəfindən həkimlər üçün seminar keçirildi
  • Dünən, 12:36
    Nərimanın "Kolambus Kryu"dakı maaşı açıqlandı - RƏSMİ
  • Dünən, 12:15
    “Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
  • Dünən, 11:54
    Gəncədə məktəblilər arasında minifutbol turniri keçirildi
  • Dünən, 11:23
    “Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
  • Dünən, 10:52
    Cəlal dubl etdi, komandasına qələbə qazandırdı!
  • Dünən, 10:31
    Liqa 1-də rəqib tanımır
  • Dünən, 10:00
    40 yaşında nəhəng turnirdə oynayacaq
  • Dünən, 00:00
    Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
  • 12-05-2026, 23:0
    Flikin məsələsinə aydınlıq gəldi
  • 12-05-2026, 23:0
    PSJ 8 il əvvəlki uğuruna yaxındı
Daha çox
Oxunub: 259
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 225
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 193
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 192
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 183
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 176
Ehtiram Quliyev üçün daha bir böyük missiya! – bu konserti bitirmək lazımdı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə