Görəsən, bu matça "Neftçi" azarkeşləri necə hazırlaşır?
"Football-plus.az" xəbər verir ki, bununla bağlı sualımızı klubun azarkeşlərlə əlaqələndiricisi Aqil Məmmədquliyevə ünvanladıq: "Biletlərin böyük hissəsi satılıb. Azarkeşlərimiz "Neftçi"nin ən ağır günündə belə yanında olub. Həmişə də belə olacaq. Şükürlər olsun, hazırda komandamızda böyük inkişaf var. Buna sevinirik. Fanatlarımız da qarşılaşmaya ciddi hazırlaşır. Mənim ürəyim həmişə "Neftçi" ilə döyünüb. Bu il də komandamıza ümidimiz böyükdü. İnşallah, uğurlu nəticələr əldə edərik".
O, Konfrans Liqasında "Sabah" və "Neftçi"nin oyunlarının təxminən eyni saatda başlayacağını problem saymır: "Sabah"ın və ya digər Azərbaycan klublarının oyunlarının bizimlə eyni saatda olmasının fərqi yoxdu. "Neftçi" azarkeşi həmişə doğma komandasının yanındadı".
Məmmədquliyev sonda azarkeşlərlə "Neftçi" rəhbərliyi arasında keçirilən görüş barədə də məlumat verdi:
"Yalnız mən klub nümayəndəsi kimi iclasda iştirak etdim. Azarkeşlərlə bəzi səbəblərə görə videokonfrans şəklində görüş keçirildi. İnşallah, yaxın zamanda fanatlarla rəhbərlik arasında görüş olacaq. Hazırkı istəyimiz yeni prezident və məşqçi ilə uğur qazanmaqdı".
CAVİD ƏLİYEV






