Bu gün "Neftçi" ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Qarabağ"ı qəbul edəcək. Bilindiyi kimi, "ağ-qaralar"ın ən böyük azarkeş qrupu "Forza Neftçi" komandanın bütün oyunlarını boykot edir.
Bununla bağlı fanklubdan "Football-plus.az"a məlumat daxil olub.
Belə ki, tərəfdarlar bugünkü oyunda da tribunalarda yer almayacaq. Tutaq ki, "Neftçi" ilk oyunda qələbə qazandı və kubokda uğrunda mübarizədə yola davam etmək şansını qorudu. Belədə azarkeşlərin "Qarabağ"ın meydanında keçiriləcək cavab görüşündə boykot xəttindən çəkilmək ehtimalı varmı? Xeyr. "Forza Neftçi"nin qərarı bütün kubok və premyer-liqa matçlarını əhatə edir. Azarkeşlərin klubdan tələbi isə budu: kuboku qazanmaq, premyer-liqada mövsümü 2-ci pillədə bitirmək və nəhayət, bütün tərəfdarlardan cari "futbol ili" ərzində yaşanan uğursuzluqlara görə üzr istəmək! Fanklub yalnız bu halda boykot qərarını ləğv edəcək.
KƏNAN BAHADIR