• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ruhin Əliyev: “Atam rezin meydançaya baxdı və dedi ki...” - LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

7-04-2024, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Ruhin Əliyev gənc olmasına baxmayaraq, uşaq futbolu sahəsində yetərincə təcrübəli mütəxəssisdi. Onunla söhbət zamanı bunu hiss etmək çətin deyil. Siz də müsahibəni oxuyarkən buna əmin olacaqsız.

- Ruhin bəy, əvvəlcə sizi oxucularımıza daha yaxından tanıdaq. Özünüz haqqında məlumat verin. Futbolla tanışlığınız necə başladı, ilk məşqçiniz kim oldu, hansı klublarda oynamısız?
- Mənim futbola marağımın səbəbkarı, heç şübhəsiz, atamdı. Sabiq futbolçu və həkim Mahir Əliyevin oğluyam. Atam Lənkəranda "Xəzər"də futbol oynayıb, kapitan olub. Daha sonra həkimlik sənətini seçib, AFFA-nın həkimi olub.
Bizə evdə futbolu sevdirən də atam olub. Evdə dünya və Avropa çempionatının oyunlarını izləyirdik. Bilirsiz ki, 80-ci illərin sonları hər bir azərbaycanlı üçün çətin dövr idi. Xalqımızın taleyində ardıcıl ağır faciələr yaşandı, müharibənin dəhşətlərini gördük. Hamı aclıqdan, kasıbçılıqdan keçdi. Buna görə də atam da çətinlik çəkirdi, onun imkanı olmadı ki, mənim əlimdən tutub hansısa futbol məktəbinə aparsın. Məhəllə səviyyəsində və məktəbdə futbol oynayırdıq. Məktəblərarası çempionatlarda oynayırdıq. Futbol məşqinə yazılmaq istəyəndə isə İslam Kərimovun rəhbərliyi ilə, “Neftçilər” metrosunun yaxınlığındakı rezin meydançaya getdik. Atam da yanımda idi. Ordakı şəraitə baxdıq, təhlil etdik. Atam dedi ki, bala, bu ölkədə belə şəraitlə futbolun gələcəyi yoxdu. Ona görə də məsləhət gördü ki, yarımçıq papaqçılıq etməkdənsə, normal bir peşə sahibi olum. Buna görə də məşqlərimi davam etdirib, hansısa komandanın üzvü ola bilmədim. Ona görə də futbolçuluğum ancaq məhəllə səviyyəsində oldu. Həyətdə Tərlan müəllim vardı, onun rəhbərliyi altında futbol oynayırdıq. Asfalt meydançanın üzərində saatlarla top qovurduq. Daha sonra universitetə qəbul oldum və oranın komandasında çıxış etdim. Amma futbolu uşaq vaxtından dərindən izləmişəm, öyrənmişəm.

Ruhin Əliyev: “Atam rezin meydançaya baxdı və dedi ki...”


- Məşqçilik fəaliyyətinə keçid necə alındı? Hazırda nə işlə məşğulsuz?
- 1998-ci ildə Bakı Dövlət Universitetinə qəbul olundum, 4 il sonra onranı bitirdim və Amerika Birləşmiş Ştatlarına getdim. Orda biznesin idarə edilməsini oxudum və yenidən Azərbaycana qayıtdım. Bu qayıdışım 2006-cı ildə oldu. Hərbi xidmətə yollandım. Sonra futbola qayıtmaq istədim, amma artıq gec idi. Yaşım keçmişdi. Ona görə də uşaq futbolu ilə bağlı araşdırma aparmağa başladım. Belə qənaətə gəldim ki, Azərbaycanda uşaq futbolunda yaxşı mütəxəssislərə ehtiyac var. İngilisdilli olduğum üçün başladım araşdırma etməyə, dünya təcrübəsini öyrənməyə. Müəyyən bir təsəvvürə gəldim, beynimdə anlayış yarandı. Çünki biz uşaq futbolunun necə olduğunu bilmirdik, bizə bunu göstərməmişdilər. Mən ingilislərin uşaq futbolunu öyrəndim, başladım onu burda tətbiq etməyə. AFFA-ya müraciət etdim, C kateqoriyalı kursu uğurla keçib, sertifikat altım. O vaxt təlimçi Nikolay Adam idi, mənə böyük ruh yüksəkliyi verdi. Dedi ki, məşqçi kimi çox perspektivlisən, amma təcrübən azdı. İşlədikcə bunu da aradan qaldıracaqsan, çünki futbolun detallarını çox yaxşı bilirsən. 2011-ci ildə məşqçi kurslarını bitirdim. “Qarabağ”da çalışmağa başladım, həmin vaxt türkiyəli mütəxəssis əlaqələndirici kimi çalışırdı. Amma orda işlərim tam alınmadı, iş prinsiplərimiz uyğun gəlmədi. Evdə qardaşımla məsləhətləşdik, öz uşaq futbol klubumu qurdum, adı da “Leon” oldu. Bir müddət də “Canbala” futbol məktəbində də çalışdım, özümə inamım da formalaşdı. Ətrafıma dəyərli gəncləri yığdım. Orxan Müzəffərli, Məhəmməd Bədəlbəyli gənc mütəxəssislər idi. Eləcə də Fərid Namazovla çiyin-çiyinə işlədik. Başladıq öz klubumuzu inkişaf etdirməyə.



- Sözsüz, bu müddətdə yetərincə istedadlı futbolçu ilə qarşılaşmısız. İstərdik ki, onlar barəsində danışasız. Onlar hazırda hansı klublarda çıxış edir?
- Bizim klubumuzda hətta 5 yaşdan kiçik uşaqlar var idi. Müxtəlif yaş qruplarının təməlini qoduq. Hətta işə 2-3 uşaqla başladıq, say 100-ü keçdi. O klubu üç il idarə etdim. Düzgün təməl qoyaraq, Avropa təcrübəsini tətbiq edərək düzgün iş qurmuşduq. Həmin iş heç “Qarabağ”, “Neftçi” kimi klublarda yox idi. Çox uğurlu futbolçularımız oldu. 2005 təvəllüdlülər xüsusilə uğurlu oldu. Sonra 2007-ci illəri götürdüm. İki yaş qrupunu çalışdırırdım. “Vətən” futbol məktəbindən Yaşar Abdulov gəldi, mənim işimi seyr etdi. Məni “Vətən”ə dəvət etdi. Klubu maddi baxımdan saxlaya bilmirdim, sıxıntılar çox idi. Qərar verdim ki, uşaqlarımı da götürüm, ora yollanım. Orda şərait daha yaxşı idi, meydança böyük idi. Turnirlərə yollanmaq, daha yaxşı şəraitdə işləmək üçün ora getdim. 2014-cü ildən başlayaraq “Vətən”də işlədim. 2005-ci il təvəllüdlü uşaqlar “Vətən”in təmsilçisi kimi çempionata çıxdı. Təsəvvür edin ki, U-10 liqasında nəticə verməyə başladıq. Baxmayaraq ki, mən nəticəyə önəm verən deyiləm. Həmin yaş qrupunda da seçim imkanı məhdud idi. İlk dəfə “Vətən” futbol məktəbi olaraq “Neftçi”nin müvafiq yaş qrupu üzrə komandasını məğlub etdik. Bu kimi amillər, uğurlu çıxışlar futbol məktəbinin də özünə inamını artırdı, fəaliyyətimizi genişləndirdik. Digər məşqçilərimizlə birlikdə uğurlar qazanırdıq, hamımız zəhmət çəkirdik. Sonra “Sabah” yarandı və bizim üzə çıxardığımız futbolçuları yavaş-yavaş ora keçirməyə başladılar. Mənim əsas missiyam U-10 komandasına uşaqları götürüb, təməl bacarıqları öyrətmək idi. Bir növ “Sabah”a hazır vəziyyətdə futbolçu verirdim. Bir müddət orda işlədim, ən son yaş qrupum oldu 2010-cu il təvəllüdlü uşaqlar. “Sabah”a U-10 olaraq yaxşı bir komanda formalaşdırdım. Hətta iki bərabərsəviyyəli heyətim var idi, hər bir uşağa imkanlar yaradırdıq ki, oynayıb inkişaf etsin. Həmin komanda sonradan çempion da oldu. O uşaqlardan hazırda oynayanlar Arda Əzizli, Xalid Hüşanov “Qarabağ” U-14 komandasındadı. Bu yaxında turnir çempionu oldular. 2005-ci il təvəllüdlülər arasında da xeyli istedadlı uşaq var idi, təəssüf ki, sonradan əksəriyyəti müxtəlif səbəblərdən futboldan uzaqlaşdırlar. Əli Abbaslı adlı yetirməmiz hazırda Almaniyada, gənclər liqasında oynayır. Riad Süleymanov “Sabah”ın 2006-cı il komandasında oynayır. 2007-ci illərdən Röyal və Əli “Qarabağ”dadı. 2008-ci illərdən Nadir Adnan müəllimin təşəbbüsü ilə hazırda İspaniyadadı. Orda inkişafını davam etdirir. 2010-cu illərdən Nazim Əliyev hazırda “Srvena Zvezda”dadı. Eləcə də digər yetirmələrim müxtəlif klublardadı. İdmanda inkişaf etmək, peşəkar həyata qədəm qoymaq hər uşağa nəsib olmur. Fərq etməz onun təməlini kim qoyur. Riad Rəfiyevin şəxsi dəvəti ilə “Sumqayıt”a yolladım, ordakı akademiyada doğru-düzgün iş prinsipini ortaya qoyduq. Ən aşağı yaş qruplarını formalaşdırdıq. Bəzi problemlərə görə təkcə “Sumqayıt”ı yox, Azərbaycanı tərk etməli oldum.



- Hiss etmək çətin deyil ki, ürəyiniz doludu. Siz bizim uşaq futbolunun gələcəyi ilə bağlı nə düşünürsüz. Problemləri və onlardan çıxış yollarını necə görürsüz?
- Artıq üç ildi Amerikadayam. Fikrim Azərbaycandadı, uşaq futbolunu yaxından izləyirəm, təhlil edirəm. Qayıtmağım üçün çağırışlar da oldu, amma üç ildi bu sahədən uzağam, özümün xoşlamadığım işlərlə məşğul oluram. Fəaliyyətim ərzində özəl klublarda da çalışmışam. Azərbaycanda uşaq futbolu ilə bağlı bir çox addımlar atmaq lazım olduğunu dəqiq bilirəm. Bəli, mənim ürəyim doludu. Kim haqqımda nə istəyir düşünsün, mən sözümü həmişə demişəm. İstənilən şəxslə müzakirələr aparmağa, debata çıxmağa da hazıram. Bir çox problemləri, onların həlli yolunu da bilirəm. Bizim uşaq futbolunun qarşısında xidmətlərim var. AFFA mənim gəncliyimi əlimdən aldı. Mən istənilən sahədə çalışardım, uğur qazanardım. 12 ilimi uşaq futboluna vermişəm. AFFA mənim bu illərimi əlimdən aldı. Uşaq futbolunun mütəxəssislərinə qiymət verən, şərait yoxdu. Yaxşı, mən getdim. Axı məndən sonra orda çox dəyərli mütəxəssislər qalıb. Onlara şərait yaratmaq lazımdı. Ümumiyyətlə, təməl çox vacibdi. Buna körpə uşaqlar məktəbi deyirlər. Futbol ölkələrində 3 yaşında uşaqları soyuqdan qoruya-qoruya müəyyən zallarda topla tanışlıq yaratmağa başlayırlar. Animatorlar uşaqlara futbolu sevdirirlər. Hər şey o yaşdan başlamalıdı. 5 yaşdan ciddi, uşaqların anlayacağı dildə onlara məşq sesiyaları keçmək lazımdı. Kiçik bacarıqları birləşdirib, uşağı böyük futbola hazırlamalısan. Hər kəsin öz sahəsi var. Mən sırf uşaq futbolunu bilirəm, bu sahənin problemləri ilə tanışam. Uşaq futbolu ilə peşəkar futbolu qarışdırmaq olmaz. Təməl məşqlərində Maradona olmağa ehtiyac yoxdu, əsas odu ki, uşaqlara futbolun detallarını düzgün göstər. Uşaqlar səndən götürsün, öyrənsin, kifayətdi. Təməl barədə saatlarla danışa bilərik, əsas odu ki, şərait yaradıla, mən də onu tətbiq edim. Nəticəsini də hamı görəcəkdi. Mənə bu şərait yaradılmadı. Bir il “Sumqayıt”da şərait yaradıldı, nəticəm də ortada idi. Təməl işinin öz incəlikləri var, onu hər kəs bilmir.

AMAL ABUŞOV



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

1-10-2023, 23:0

Turan Əliyev: “Kəpəz”in elitada oynaması gəncəli uşaqlar üçün böyük stimuldu” - LAYİHƏ

Layihə / Manşet

25-09-2022, 23:0

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

Premyer-liqa / Layihə / Manşet

26-11-2023, 23:0

“Sözün düzü, futbola gəlişim atamın istəyi ilə olub” - LAYİHƏ

Premyer-liqa / Layihə / Manşet

20-11-2022, 23:0

“Atamın “İstiqlal”dakı oyunlarını izlədikcə futbola marağım artırdı” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

24-12-2023, 23:0

Fərid Kələntərov: “Biz də çalışırıq ki, göstərilən etimadı doğruldaq, “Kəpəz”in formasını daha çox tərlədək” – LAYİHƏ

Ölkə futbolu / Layihə / Manşet

3-12-2023, 23:0

“Neftçi”nin baş məşqçisi: “Klublar uşaq məşqçilərinə daha çox dəstək olmalıdılar” - LAYİHƏ

Aktual
“Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Son xəbərlər
  • Bu gün, 18:57
    “Neftçi” son illərdə derbidə qələbəyə heç vaxt bu qədər yaxın olmayıb!
  • Bu gün, 18:04
    “Sabah” “Gəncə”ni məğlub etdi
  • Bu gün, 18:02
    "Sumqayıt" qalib gəldi, "Qəbələ" "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR
  • Bu gün, 17:57
    "Qəbələ" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ
  • Bu gün, 17:24
    "Qarabağ" və "Neftçi" birgə bəyanat yaydı
  • Bu gün, 16:33
    Marko Yankoviç Rəvan Həmzəzadəni öldürməklə hədələyib!
  • Bu gün, 16:01
    Yeni mövsümdən İspaniyada işləyə bilər
  • Bu gün, 15:30
    "İmişli" - "Sumqayıt": START HEYƏTLƏRİ
  • Bu gün, 15:01
    ''Barsa'' və ''Siti''nin sabiq ulduzu ''Qalatasaray''ı ziyarət etdi
  • Bu gün, 14:18
    “Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
  • Bu gün, 14:06
    “...elə komanda olacaq ki, bütün ölkə onunla fəxr edəcək” – Ruy Jorje
  • Bu gün, 13:43
    "Neftçi" - "Qarabağ" matçına nə qədər bilet satılıb?
  • Bu gün, 13:26
    PSJ-yə kömək edə bilməyəcək
  • Bu gün, 12:55
    “Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
  • Bu gün, 12:14
    “Final görüşünün Azərbaycanda keçirilməsini istəyirik” - Sərxan Hacıyev qarşıdakı dünya çempionatı haqda
  • Bu gün, 11:54
    Ulduz futbolçu klubu ilə anlaşdı
  • Bu gün, 11:23
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 11:13
    Azərbaycan derbisi Rəhim Həsənovun ifşa etdiyi referiyə tapşırılacaq?
  • Bu gün, 10:52
    ''Trabzonspor''un zədəli müdafiəçisi geri dönmək əvəzinə əməliyyat olunacaq
  • Bu gün, 10:31
    Klubu ona qiymət qoydu
  • Bu gün, 10:00
    ''Sivasspor'' və ''Beşiktaş''da oynamış sabiq nigeriyalı futbolçu dünyasını dəyişdi
  • Bu gün, 00:07
    Arda Gülər dünya çempionatında iştirak edə biləcəkmi?
  • Dünən, 23:26
    Milli komandada yeni təyinat
  • Dünən, 22:55
    Uğur qazandı, ən yaxşı məşqçi seçildi
  • Dünən, 22:24
    Haci yenidən yığmanın başına keçdi
  • Dünən, 21:53
    Çoxları gedəcək, amma Rüdiger qalacaq
  • Dünən, 21:24
    Jalə Əliyeva bürünc medal qazandı
  • Dünən, 21:22
    Ronaldodan növbəti qol
  • Dünən, 20:50
    Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
  • Dünən, 20:37
    “Real Sosyedad” 39 il sonra yenə “Atletiko”nu finalda məğlub etdi - İCMAL
  • Dünən, 20:04
    Güləşçimiz finalda!
  • Dünən, 19:50
    İlk təklifi geri çevirdi
  • Dünən, 19:39
    “Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
  • Dünən, 19:08
    AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
  • Dünən, 18:56
    “Koventri” 25 ildən və 9099 gündən sonra elitada! - ŞƏRH
Daha çox
Oxunub: 643
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 237
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Oxunub: 175
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Oxunub: 167
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə