Güləşçimiz finalda!

24.04.2026 20:04 35
İdman
Tiranada güləş üzrə Avropa çempionatı keçirilir.

"Football-plus.az" xəbər verir ki, sərbəst güsləşçimiz İslam Bazarqanov (57 kq) yarışda finala yüksəlməyi bacarıb.

O, yarımfinalda gürcüstanlı Roberti Dinqaşviliyə tam üstünlüklə (11:1) qalib gəlib. Medal qarşılaşmaları sabah reallaşacaq.

Bundan əlavə, bu gün üç qadın, bir kişi sərbst güləşçimiz bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq. Həmçinin Cəbrayıl Hacıyev də "bürünc" duelinə çıxacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul