Kriştiano Ronaldonun karyerasını 1000 qol həddinə çatmaqla başa vurmaq istədiyi hamıya bəllidi. O, bu hədəfə bir az da yaxınlaşıb.
"Football-plus.az" xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin “Əl-Vəsl” (BƏƏ) ilə oyununda daha bir qol vurub.
“Əl-Nəssr”in hücumçusu 4:0 hesabı ilə qalib gəldikləri matçın 11-ci dəqiqəsində topu rəqib qapısından keçirib. Bu, 41 yaşlı Kriştianonun karyerasının 969-cu qolu olub.