Rumıniya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Vakant posta George Haci təyinat alıb.
"Football-plus.az" xatırladır ki, milli komandanın sabiq çalışdırıcısı Mirça Luçesku martın 29-da səhhətindəki pisləşməyə görə xəstəxanaya yerləşdirilmişdi. Aprelin 3-də ürəktutması keçirən 80 yaşlı mütəxəssis süni koma vəziyyətinə düşmüş və ayın 7-də vəfat etmişdi. Onun yerini tutan Haci yığmaya ikinci dəfə təyinat alıb.
İlk dəfə 2001-ci ildə baş məşqçi təyin olunan sabiq yarımmüdafiəçi komandanı DÇ-2002-nin final mərhələsinə çıxara bilmədiyi üçün istefaya yollanmışdı.
61 yaşlı Haci məşqçilik karyerası ərzində “Bursaspor”, “Qalatasaray”, “Poli Timişoara”, “Viitorul” və “Farul”u da çalışdırıb.