• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var” – LAYİHƏ

Layihə / Manşet

25-09-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Nazim Süleymanovu hər kəs tanıyır. Yığmanın ilk kapitanı və ilk qolunun müəllifi futbolçu kimi bir çox uğurlara imza atıb. “Alaniya”nın heyətində Rusiya çempionu adını qazanan Süleymanov indi də azarkeşlər tərəfindən sevilir, onun vurduğu qolları qürurla xatırlayırıq. Hazırda Rusiyanın “Ximki” klubunun 19 yaşlılardan ibarət komandasını çalışdıran Nazim bəyin övladı Tamerlan Süleymanov onun yolunu davam etdirir. Futbolçu karyerası qısa olan Tamerlan hazırda azyaşlılara top oyununun sirlərini öyrətməklə məşğuldu. Ona ilk sualımız da elə futbola necə gəlməsiylə bağlı oldu.

- Tamerlan, futbola gəlişin necə oldu? Bu sahəyə maraq göstərməyində Nazim Süleymanovun oğlu olmağın nə dərəcədə rol oynadı?
- Futbolçu ailəsində dünyaya göz açan uşağın futbola maraq göstərməsi təbii haldı. Bu mənada mənim futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var. Mən gözümü açandan, özümü dərk edəndən futbolla maraqlanmışam, bu idman növünü sevmişəm. Futbola olan marağım yaşımın artmasıyla mütənasib inkişaf etdi, getdikcə futbolu daha çox sevməyə başladım. Qərar verdim ki, gələcəyimi məhz futbola bağlayım, karyeramı bu sahədə qurum. Orta məktəbi bitirəndən sonra İdman Akademiyasının futbol fakültəsinə qəbul olundum.

- Bəs məşqçiliyə gəlişin necə oldu? Hazırda məşqçi kimi fəaliyyətini harda davam etdirirsən?
- Bakalavr pilləsini başa vurandan sonra magistr kimi “İdman məşqinin nəzəriyyəsi və metodikası” ixtisası üzrə təhsilimi davam etdirdim. Elə həmin dövrdə də futbol məşqçiliyi üzrə C kateqoriyasını aldım. Bundan sonra da “Vətən” futbol məktəbində işləməyə başladım. Hazırda isə “Sabah” Futbol Akademiyasının U-10 komandasında çalışıram.


- Bu sahənin mütəxəssisi kimi fikirlərin maraqlıdı. Hazırkı uşaqların səviyyəsi, onların məşqlərə marağı səni qane edirmi?
- Əlbəttə, uşaqların futbola marağı var. Uşaqların böyük əksəriyyəti lap məşqlərə gəlməsələr belə futbolla maraqlanırlar, bu oyunu müəyyən səviyyədə oynayırlar. Hər bir mütəxəssis üçün də sevindiricidi ki, uşaqlar məşqlərə gəlsinlər, futbolun incəliklərini öyrənsinlər. Biz məşqçilər uşaqların məşqlərə həvəslə gəldiyini, öyrənməyə çalışdığını, öyrəndiklərini oyun zamanı nümayiş etdirdiyini görəndə sevinirik. Bir mütəxəssis kimi uşaqların futbola marağını artıracaq pedoqoji metodlardan istifadə etməliyik. Lakin oyunçuların səviyyəsindən danışsaq, hər bir futbolçudan yüksək performans gözləmək düzgün deyil. Bizim də işimiz onların potensialını düzgün qiymətləndirmək, uşaqları istiqamətləndirmək və istedadlarını üzə çıxarmaqdı.

- Uşaq futbolunda hansı problemlər səni narahat edir? Onları necə aradan qaldırmalıyıq?
- Bu sahənin problemlərindən çox danışmaq olar. Məni ən çox narahat edən keyfiyyətli stadionların sayının azlığıdı. Bu amil çox mühümdü. Stadionların örtüyünün pis olması uşaqların sağlamlığı üçün təhlükəlidi, onların gələcəyinə zərər verə bilər. Yararsız meydançalarda uşaqların zədələnmə riski yüksəkdi. Uşaqlar mütləq yaxşı meydançalarda, yüksək keyfiyyətli örtük üzərində məşq etməlidilər. Digər ciddi problem uşaqların oyun təcrübəsinin azlığıdı. Uşaqlar çox az oyun keçirirlər, bu da onların təcrübə qazanmasına imkan vermir. Uşaq komandaları üçün müxtəlif turnirlər təşkil etmək, oyun sayını mümkün qədər artırmaq vacibdi. Mən təklif edərdim ki, uşaqların birə-bir, ikiyə-iki, üçə-üç məşq prosesi rəqabət yaradacaq formada, yarış kimi keçirilsin. Azyaşlıları məşq prosesində komandalara bölməklə bunu reallaşdırmaq olar. Belədə daha yaxşı olmağa çalışan uşaqlar böyük həvəslə çalışacaqlar.

- Sonda valideynlər barədə soruşmaq istərdim. Bəzən məşqçilər valideynlərin yersiz müdaxiləsindən şikayətlənir. Sən də belə hallarla qarşılaşmısanmı?
- Təəssüf ki, belə hallar mövcuddu. Məşqçi həmkarlarım bu cür hadisələrlə qarşılaşırlar. Amma şəxsən özüm “Sabah” Futbol Akademiyasında və “Vətən” Futbol Məktəbində belə hallarla rastlaşmamışam. Valideynləri müəyyən mənada başa düşmək olar. Amma onlar da bilməlidilər ki, belə davranış məşqçilərin işinə qarışmaqdı. Ona görə də belə hallara yol vermək doğru deyil. Məşqçilərə imkan yaratmaq lazımdı ki, öz bilik və bacarığını uşaqlara öyrətsin, onlara normal məşq keçsin. Hər bir valideyn üçün öz uşağı əzizdi. Amma unutmaq lazım deyil ki, məşqçilər bu işin peşəkarıdı, biz övladlarımızı məşqə aparanda mütəxəssislərə etimad göstərmiş oluruq.

İLKİN SULTANLI


“Futbolu sevməyimdə Nazim Süleymanovun oğlu olmağımın böyük rolu var”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

22-07-2022, 16:0

Nazim Süleymanovun qazandığı kubok itib

Aktual
Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
“Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Son xəbərlər
  • Bu gün, 15:25
    Premyer-liqa klublarının 2025/26 macərası nə ilə yadda qaldı?
  • Bu gün, 15:11
    Mirra Andreyeva və Aleksandr Zverev!
  • Bu gün, 14:45
    Mezzotero əsas yığmada? – Rəşad Eyyubovdan açıqlama
  • Bu gün, 14:20
    DÇ matçının hakimi dəyişdi!
  • Bu gün, 13:49
    "Şəfa" kapitanla yeni müqavilə imzaladı
  • Bu gün, 13:19
    “Sabah” Eyden üçün çox pul ödəyib – “Kayzer Çifs”in idman direktoru keçidi şərh etdi
  • Bu gün, 12:55
    Okan Burukdan transfer və Osimhen açıqlaması
  • Bu gün, 12:40
    Antonelli ardıcıl 5-ci mərhələni qazandı!
  • Bu gün, 12:19
    İnfantino İtaliya ilə məzələndi
  • Bu gün, 11:50
    Dünya çempionatında iştirak etməyəcək
  • Bu gün, 11:33
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:12
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 217
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 196
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 176
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə