• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Turan Əliyev: “Kəpəz”in elitada oynaması gəncəli uşaqlar üçün böyük stimuldu” - LAYİHƏ

Layihə / Manşet

1-10-2023, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Gəncə futbolunun, “Kəpəz”in Azərbaycan futbolunda həmişə özünəməxsus yeri olub. Heç də təsadüfi deyil ki, bu gün maliyyə imkanları elə də yaxşı olmayan “Kəpəz” premyer-liqanın iddialılarından olmasa da, diqqətləri üzərinə çəkməyi bacarır. Gəncə təmsilçisi qısa müddət ərzində “Neftçi”, “Qarabağ” və “Sabah” kimi rəqibləri büdrətməyi bacarıb. Deməli, Gəncə futbolu öz əzəmətini itirməyib. Bu şəhərdən yeni istedadların çıxmasını gözləməyə dəyər. Həmin istedadların yetişdirilib üzə çıxarılması ilə məşğul olan mütəxəssislərin biri Turan Əliyevlə söhbətləşmişik.

- Turan bəy, ilk sualımızda sizi oxucularımıza daha yaxından tanıtmaq istərdik. Futbola gəlişiniz necə oldu? İlk məşqçinizi necə xatırlayırsız?
- Mən Gəncədə doğulub-böyümüşəm. Gözümü açandan da elə futbolu görmüşəm, bu idman növünü sevmişəm. Atam Cəlal Əliyev də futbol müəllimi olub. Məndə də bu idman sahəsinə marağı atam yaradıb. Bir növ işaqlıqdan atamı özümə ideal seçmişdim. Onun davamçısı olmaq istəyirdim. Müəyyən səbəblərdən özüm peşəkar səviyyədə futbol oynaya bilmədim. Bilirsiz ki, Gəncə futbolu uzun müddət çətin günlərdən keçdi. Bu da mənim kimi bir çox yeniyetmənin gələcəyinə təsir göstərdi.

- Bəs məşqçi olmağa necə qərar verdiz? Məşqçi kimi fəaliyyətinizə nəzər salanda hansı məqamları bizimlə bölümək istərdiz? Hansı komandanı çalışdırırsız?
- Futbolçu ola bilmədim, buna görə çox təəssüflənirəm. Ona görə də futbolçu yetişdirmək qərarına gəldim. İstədim ki, uşaqların yetişməsində, futbolçu olmasında mənim əməyim olsun. İlk vaxtlar, təbii ki, böyük həyəcan var idi. Zamanla bu həyəcan da arxada qaldı, özümə inamım artdı. Qarşımda ona istiqamət göstərməyimi gözləyən, öyrənmə həvəsi ilə mənə baxan gözləri görəndə bu işə yiyələndiyim üçün çox xoşbəxt oldum. Uzun müddətdi “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli məktəbində məşqçi kimi çalışıram. Uşaqların öyrənmək həvəsini, futbola sevgisini görəndə mənim də həvəsim ikiqat artır. Əlimdən gələni edirəm ki, bu uşaqlara düzgün istiqamət verim, onları Gəncə və Azərbaycan futbolu üçün yetişdirim. Özüm də öz üzərimdə çalışıram, öyrənirəm. Sonra da o öyrəndiklərimi məşqlərdə tətbiq edirəm. Sizinlə bölüşmək istədiyim məqamlar, uğurlarımız da yetərincədi. Komandamız 2014-15 təvvəllüdlü uşaqların çempionatında 3-cü yeri tutub. Ayrı-ayrı yetirmələrimiz respublika çempionatında mükafatçı olan komandaların heyətində yer alıb. Dəfələrlə Gəncə şəhərinin çempionatının qalibi olmuşuq. Eləcə də doğma şəhərdə keçirilən müxtəlif turnirlərə qatılırır, orda mükafatçılar sırasında yer alırıq. Şəhidlərimizin xatirəsinə keçirilən turnirlərdə müxtəlif yaş qruplarında olan komandalarımız daim ilk “üçlük”də yer alıb. Özüm AFFA-nın UEFA ilə keçirdiyi seminarlarda iştirak etmişəm. D kateqoriyasına yiyələnmişəm, indi C almaq üçün hazırlaşıram.

- Hazırda Gəncədə uşaq futbolunun vəziyyətini necə qiymətləndirirsiz? Gəncəli uşaqların futbola, məşqlərə yanaşması sizi qane edirmi?
- Bu işlə məşğul olduğum müddətdə müşahidə etdim ki, uşaqlar bu idman növünə xüsusi maraq göstərir. Bəzi çatışmazlıqlar aradan qalxsa, Azərbaycan futbolunda ciddi irəliləyiş olacağına inanıram. Elə Gəncə də Azərbaycan futbolunun beşiyidi. “Kəpəz” bir müddət elitada çıxış etmirdi, komandanın fəaliyyəti zəifləmişdi. Belədə istedadlı uşaqlar da üzə çıxmırdı - ya futboldan uzaqlaşırdılar, ya da başqa rayonlara yollanırdılar, onların komandalarında çıxış edirdilər. Bu da əlavə çətinliklər yaradırdı. İndi “Kəpəz” premyer-liqada oynayır, bu da bizim üçün böyük nailiyyətdi. Arzu edirik ki, “Kəpəz” daim elitada oynasın. Uşaqlarda böyük stimuldu. Bizim uşaqlarımız üçün də “Kəpəz”in aşağı yaş qrupları üzrə komandalarında oynamaq imkanı yaranır. İnanıram ki, gələcəkdə böyük istedada malik uşaqları üzə çıxara biləcəyik.

- Sözsüz, keçmişlə bağlı xatırlanası, qürur duyulası məqamlar çoxdu. Bəs gələcəyə baxarkən nəyə ümid etmək olar? Açılışı gözlənilən “Kəpəz” akademiyasından gözləntiləriniz nədi?
- Hazırda vəziyyət qənaətbəxşdi. Fikrimcə, daha da yaxşı olacaq. “Kəpəz”in futbol akademiyasına da böyük ümidlərim var. Çünki orda da işinin peşəkarı olan məşqçilər (uğur qazanmış futbolçular) çalışırlar. Uşaq futbol akademiyasında oxumadığı üçün məşqlə məktəb arasında qalır. Gah məşqdən məktəbə tələsir, gah da məktəbdən məşqə gecikir. Akademiyanın açılışından sonra belə problemlər olmayacaq. Uşaqlar orda həm oxuyacaq, həm də futbolla məşğul olacaq. Eləcə də bizə qonşu olan rayonlardan istedadlı uşaqları həmin akademiyaya cəlb etmək mümkün olacaq. Onların komplektləşməsi isə ümumilikdə futbolumuza fayda verəcək. Gəncədə futbol akademisının olması çox müsbət haldı. Biz özümüz də bu ildən yaradılan U-8 liqasına qatılmağa hazırlaşırıq. Yeni komanda formalaşdırırıq. Bundan savayı U-9 liqasından başlayaraq U-14 liqasına qədər komandalarımızın çempionatlarda iştirakını təmin edirik. Gəncəni təmsil edən ən iddialı komandalar da bizim məktəbin təmsilçiləridi. Koronavirus pandemiyası zamanı çox çətin günlər keçirdik. Məşqlərimizi onlayn keçirdik, amma onun da effekti olmurdu. Futbolçu gərək birbaşa meydanda, topla məşq edə.

- Son sualım uşaq futbolunun problemləri ilə bağlıdı. Siz bu sahədə hansı problemlər görürsüz, onları necə aradan qaldırmaq olar?
- Uşaqlar bu idman sahəsinə həvəs göstərir. Lakin bəzi səbəblərdən məşqlərdə müntəzəm iştirak edə bilmirlər. Valideynlər uşaqları hazırlıqlara cəlb etdikləri üçün məşqə yetərincə vaxt ayırmaq mümkün olmur. Məncə, belə xırda çatışmazlıqlar aradan qalxacaq. İnanıram ki, gələcəkdə Gəncə Azərbaycan futbolunun inkişafında böyük rol oynayacaq. Əsas problemlərdən biri də məşq üçün böyük stadionların olmamasıdı. Çünki yarışlar böyük stadionlarda keçirilir. Biz isə kiçik stadionda məşq edirik. Gəncədə də böyük ölçülü stadionlar salınsa, problemlərin həllinə böyük kömək göstərmiş olar. Düzdü, AFFA tərəfindən şəhərimizdə tikilən stadionlar əlimizdən tutur, orda məşq edə bilirik. Amma böyük stadionlar olsa, uşaqları texniki və taktiki cəhətdən daha yaxşı hazırlaya bilərik.

İLKİN SULTANLI

Turan Əliyev: “Kəpəz”in elitada oynaması gəncəli uşaqlar üçün böyük stimuldu”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Premyer-liqa

2-02-2023, 15:0

Misli Premyer Liqasının 21-ci turu rəqəmlərin gözü ilə

Layihə / Manşet

30-10-2022, 23:0

“Artıq 17 yaşımda “Kəpəz”in əsas heyətinə düşmüşdüm” - LAYİHƏ

Ölkə kuboku / Manşet

9-12-2022, 13:0

Gəncəli deputat: "Komandamız "Turan Tovuz"u məğlub edəcək potensialdadı"

Ölkə kuboku

10-12-2022, 11:0

Gəncə təmsilçisinin 30-cu məğlubiyyəti

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 18:45
    Kukurelya hara üz tutacaq?
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 294
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 176
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə