• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Atamın “İstiqlal”dakı oyunlarını izlədikcə futbola marağım artırdı” – LAYİHƏ

Premyer-liqa / Layihə / Manşet

20-11-2022, 23:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

“Atamın “İstiqlal”dakı oyunlarını izlədikcə futbola marağım artırdı”


“Şamaxı” Azərbaycan çempionatının son turlarında sözün yaxşı mənasında hamını təəccübləndirir. Əyalət təmsilçisi ikinci dövrədə keçirdiyi oyunlarda yalnız “Qarabağ”a uduzub. “Qəbələ” ilə doğma meydanda məhsuldar heç-heçə edən “aslanlar” “Səbail”ə də səfərdə uduzmadı. Hadisələrin sonrakı axarı daha uğurlu ssenari ilə davam etdi. Əvvəlcə “Turan Tovuz”u səfərdə məğlub etmək mümkün oldu. Bu qələbədən ruhlanan “Şamaxı” “Sumqayıt”ı da xalsız yola salmağı bacardı. Heyəti bütünlüklə yerli futbolçulardan ibarət olan “Şamaxı”nın bu uğurlarında gənc hücumçu Kamran Quliyevin də payı böyükdü. 23 yaşlı hücumçu “Sumqayıt”la oyunda 4 dəqiqəyə dubl etdi. Qələbə ilə yekunlaşan Tovuz səfərində də ilk qolu Quliyev vurmuşdu. 10-cu turda “Şamaxı”ya 1 xal qazandıran qolun da müəllifi Kamran Quliyev idi. Son vaxtlar yüksəliş yaşayan hücumçu budəfəki yazının qəhrəmanıdı.



- Kamran, ilk sualım futbola gəlişinlə bağlıdı. Futbola necə gəldin? Bu seçimində öz istəyin rol oynadı, yoxsa kimsə səni futbol məşqlərinə apardı?
- Futbola öz istəyimlə gəlmişəm. Çünki futbolu çox sevirdim. Bəlkə də bunda atamın da müəyyən rolu olub. Mənim atam da futbolla məşğul olub. Uşaq vaxtı atamın oyunlarına baxırdım. Bilirsiz ki, atam Rüfət Quliyev də uzun müddət peşəkar səviyyədə futbol oynayıb, milli komandamızın da şərəfini qoruyub. Atam İranın “İstiqlal” komandasında oynayanda qarşılaşmalar videokasetə çəkilmişdi. Mən onun oyunlarının kasetlərinə baxırdım və baxdıqca da məndə futbola maraq oyanırdı. Sonra atamla birlikdə “Neftçi”nin köhnə bazasına getdik. Orda məşq etməyə başladım. Elə ilk məşqçim də atam idi. “Neftçi”nin aşağı yaş qruplarında məşq edirdim. Beləcə atamla birlikdə futbola ilk addımlarımı atdım.



- Futbolçu kimi kumirin kimdi, qarşına hansı hədəfləri qoymusan?
- Kumirim “İnter”dəki çıxışı ilə məşhurlaşan Lautaro Martinesdi. Onun oyununu sevə-sevə izləyirəm, öyrənməyə çalışıram. Ondan xüsusilə də son vuruşları “götürmək” istəyirəm. Topu qəbul etməsi, “açılması”, bir sözlə, bütün hərəkətləri ürəyimcədi. Hədəflərə gəlincə, hər bir futbolçu milli komandada oynamağı arzulayır. Mənim də əsas hədəflərimdən biri budu. Milli komandamızın formasıyla meydana çıxmaq, Azərbaycan millisinin oyununa fayda vermək əsas arzumdu. Şəxsi karyeramla bağlı digər arzum isə legioner olmaqdı. İstərdim ki, Avropaya yollanmaq, ordakı klublarda çıxış etmək mənə qismət olsun.



- Hazırda çıxış etdiyin "Şamaxı" yüksəlişdədi, bunda sənin qollarının da rolu var. Bu dəyişiklik qəfil alındı, yoxsa uğurun gələcəyini gözləyirdiz?
- “Şamaxı”nın yüksəlişi barədə belə deyə bilərəm ki, gec oldu, amma güc oldu. Çünki biz mövsümə bir qədər yaxşı başlamadıq. Bunu da təcrübəsizliklə əlaqələndirmək olar. Çünki futbolda təcrübə çox önəmlidi. Təcrübəmiz yetərli olmadığına görə yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmirdik və ya oyunun sonlarında qapımızdan qol buraxırdıq. Allaha şükürlər olsun, yavaş-yavaş bu problemləri geridə qoymağı bacardıq. Mənim vurduğum qolların roluna gəlincə, biz bir komanda şəklində çıxış edirik. Təkbaşına bütün rəqibləri geridə qoyub, qollar vurmuram. Komanda yoldaşlarımdan yaxşı ötürmələr alıram və üzərimə bitiricilik düşür. Mən bu bitirici rolunu oynayıram. “Qəbələ” ilə oyunda da fərqlənmişdim. Amma buna çox sevinə bilməmişdim. Bu qol mənim premyer-liqada vurduğum ilk qol idi. Qələbə qazana bilmədiyimiz üçün çox da sevinə bilmədim. “Turan Tovuz”la oyunda qol vurdum və qələbə qazandıq. “Sumqayıt”la görüş də bizim üçün qələbə ilə yekunlaşdı. İki qol və bir məhsuldar ötürməylə bu qələbəyə töhfəmi verdim. Buna görə də həmin qollar mənim üçün çox dəyərlidi. Belə qollara ürəkdən sevinirəm. Dəyişikliyin qəfil alındığını deməzdim. Sadəcə, təcrübəmiz artdı və belə də uğurlu nəticələr qazanmağa başladıq.



- Futbolla məşğul olmaq təhsil almağa mane olurmu? Bu iki sahəni paralel aparmaq olarmı?
- Gürcüstanda akademiya bitirmişəm, menecerlik fakültəsini. Belə deyim, bütün fikrimiz futbolda olduğu üçün bəzən təhsil arxa planda qalır. Amma belə olmalı deyil. Futbolun özü bir riyaziyyat elmi kimidi. Hesablamanı düzgün etməlisən, vaxtında açılmalısan, yaxud ötürmə verməlisən. Bütün bu zamanlamalar hesablanmalıdı. Buna görə də elm önə çıxır. Futbolla təhsili paralel aparmaq bir qədər çətindi, amma mümkünsüz deyil.



- Futbolçu olmağı arzulayanlara və onların valideynlərinə nə demək istərdin? Onlar nələrə diqqət etməlidi?
- Futbolçu olmaq istəyənlərə demək istəyirəm ki, bu oyunu ürəkdən sevirsənsə, fikrində ciddi olmalısan, bu işin arxasınca getməlisən. Valideynlər isə övladlarının arxasında dağ kimi dayanmalıdılar. Övlad həmişə o dəstəyi hiss etməlidi. Bir an belə olmaz ki, uşaq valideynin onun futbolçu olmasını istəmədiyini hiss etsin. Belədə həmin uşaq da həvəsdən düşəcək. Ona görə də valideynin dəstəyi önəmlidi.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-11-2022, 16:0

"Şamaxı" "Sumqayıt"ı 4 qolla məğlub etdi - YENİLƏNİB

Premyer-liqa / Manşet

4-11-2022, 16:0

"Şamaxı" Tovuz səfərindən 3 qollu qələbə ilə dönür - YENİLƏNİB

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Ölkə futbolu

20-07-2022, 21:0

"Şamaxı" ikinci yoxlama oyununda heç-heçə etdi

Premyer-liqa / Manşet

14-10-2022, 16:0

"Şamaxı" "Qəbələ" ilə heç-heçə etdi - YENİLƏNİB

Premyer-liqa / Yazarlar

13-11-2022, 10:0

“Şamaxı” bizə nəyi sübut edir? - KÖŞƏ

Aktual
Bar Kohen kimdi?
Adil Şükürova yardım edəcəklər – siyahıda əcnəbi məşqçi də var
Qol epizodunda top Renatın əlinə dəymişdi
“Hansısa futbolçunu xüsusi şəkildə qeyd etmək istəməzdim” - Azər Məmmədov razı qaldı
“Bu barədə açıqlama verə bilmərəm” – “Şamaxı”nın idman direktoru
“Yəqin ki, Monteneqro millisi UEFA-ya məktub göndərəcək” - Fariz Yusifov
Son xəbərlər
  • Bu gün, 03:53
    Türkiyənin aşağı yaş qrupunda daha bir istefa
  • Bu gün, 02:52
    Sloveniya nəhəngi gənc türkiyəli məşqçi ilə anlaşdı
  • Bu gün, 01:51
    ''Fənər''in futbolçusu amerikalılara lazım olmadı
  • Bu gün, 01:20
    Rafael Fiziyev və Camal Hill Bakıya gəlir
  • Bu gün, 00:59
    Yassin Benzyadan vida paylaşımı
  • Bu gün, 00:28
    MDB oyunlarının medal sayı
  • Dünən, 23:57
    Portuqaliya klubu türkiyəli futbolçu üçün yekun qərarını verməlidi
  • Dünən, 23:26
    “Traktor”da ayrılıq
  • Dünən, 22:55
    Bar Kohen kimdi?
  • Dünən, 22:24
    Adil Şükürova yardım edəcəklər – siyahıda əcnəbi məşqçi də var
  • Dünən, 21:53
    Türkiyə yığması Amerikada Nobel mükafatı almış türkiyəli alimi ziyarət etdi
  • Dünən, 21:32
    "Sanki bəxt bizdən üz döndərib" - İsmayıl İbrahimli
  • Dünən, 21:01
    ''Fənərbaxça''da şok: Acun Ilıcalı istefa verdi!
  • Dünən, 20:40
    "Sabah" ABŞ-li basketbolçusu ilə yollarını ayırdı
  • Dünən, 20:19
    DÇ-2026-ya vəsiqə qazanan komandaların sayı 13-ə yüksəldi
  • Dünən, 19:58
    MS-dən daha bir transfer
  • Dünən, 19:37
    “Zirə” bu ölkədə hazırlıq keçəcək
  • Dünən, 19:16
    “Qarabağ” yay hazırlığındakı ilk rəqibi
  • Dünən, 18:55
    Gözlənilən keçid rəsmiləşdi
  • Dünən, 18:24
    Cüdoçularımızın rəqibləri məlum oldu - DÇ
  • Dünən, 17:53
    Sane İstanbula gəldi və ilk açıqlamalarını verdi
  • Dünən, 17:32
    Türkiyə Amerikada keçirdiyi ikinci oyunda məğlub oldu
  • Dünən, 17:01
    Portuqaliya klubu bu futbolçunu ''Beşiktaş''a geri göndərdi
  • Dünən, 16:40
    “Real”a təqdim edildi
  • Dünən, 16:19
    Millimiz FİFA reytinqində irəlilədi
  • Dünən, 15:58
    “Sabah” Gürcüstanda 5-ci yeri tutdu
  • Dünən, 15:27
    Merih Dəmiral Əziz Sancar ilə çəkdirdiyi ''bozqurd'' şəklinə aydınlıq gətirdi
  • Dünən, 14:56
    ''Fənər''in ulduzu ayrılmaq istəməsi barədə xəbərlərə sərt reaksiya verdi
  • Dünən, 14:35
    A seriyasında istefa
  • Dünən, 14:14
    Azərbaycanda ən çox azarkeş toplayan komanda hansı oldu? - FOTO
  • Dünən, 13:53
    "Zirə" Anarla bağlı qərar verdi, "Qarabağ"ın futbolçusunu aldı
  • Dünən, 13:22
    Daha bir il “Yuventus”da
  • Dünən, 12:51
    Qol epizodunda top Renatın əlinə dəymişdi
  • Dünən, 12:20
    Milli Olimpiya Komitəsində kütləvi qanvermə aksiyası keçirilir
  • Dünən, 11:59
    Azərbaycanın cüdo hakimi ilk dəfə dünya çempionatında
Daha çox
Oxunub: 2 811
"Qarabağ"da növbəti ayrılıq - Qurban Qurbanov qapıçını yola salır
Oxunub: 1 387
Adil Şükürovdan "Kəpəz" haqda növbəti açıqlama - klub rəhbərliyindən cavab aldı!
Oxunub: 1 202
"Kəpəz"də növbəti təyinatlar - İlqar Nadiri və Cabir İbrahimov yüksək vəzifələrdə!
Oxunub: 785
Vaqif Cavadova hansı klublar təklif göndərib? – özü açıqladı
Oxunub: 548
Musa Qurbanlı tanınmış hakimi təhqir etdi, cavab eşitdi - şok məqam üzə çıxdı!
Oxunub: 501
Mahir, "Neftçi"yə gəlmə, ha! - YAZI
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə